Icma.az
close
up
RU
ABŞ nin İrana təzyiqi Cənubi Qafqaza necə təsir edəcək? RƏY

ABŞ nin İrana təzyiqi Cənubi Qafqaza necə təsir edəcək? RƏY

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ İrana qarşı yenidən təzyiqləri artırmağa hazırlaşır. Hətta fevralın 4-də Tramp İrana qarşı ABŞ-nın maksimum təzyiqinin bərpası haqqında fərman imzalayıb. 
Məsələ ilə bağlı politoloq Fərhad Məmməd Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Trampın bu maksimal təzyiq siyasəti iki cəhətdən həyata keçiriləcəkdir:
“Birincisi, iqtisadi sahədə olacaq. Yəni sanksiyalar daha da gücləndiriləcək. İkinci sahə isə hərbi kontekstdir. Hərbi kontekstdə olan təzyiqlər nə Azərbaycan, nə də Ermənistana təsir edəcək. Çünki bu Azərbaycan və Ermənistan üçün çox ciddi fəsadlara gətirib çıxara bilər. Amma iqtisadi cəhətdən sanksiyalar gənişləndirilsə, dərinləşdirilsə, bu əlbəttə Azərbaycan və Ermənistanın İranla iqtisadi münasibətlərinə təsir edəcəkdir. Azərbaycana gəldikdə bu ilk növbədə həyata keçirilən nəqliyyat layihələri  və ticarət dövriyyəsinə təsir edə bilər”.
Politoloq əlavə edib ki, Azərbaycan-İran və Ermənistan-İran ticarət həcmi təxminən eynidir:
“Hər bir ölkənin İranla illik ticarət dövriyyəsi 650-700 milyon dollardır. Ermənistana gəldikdə isə burada daha maraqlıdır. Çünki bir neçə strateji lahiyə həyata keçirilir. Birincisi, İrandan qaz gəlir Ermənistana, oradan elektrik enerjisinə çevrilib, yenidən İrana ötürülür. Burada pul mübadiləsi həyata keçirilmir və ona görə sanksiya tədbiq edilə bilməz. Amma İran şirkətləri Ermənistanda iki böyük yol, tunel lahiyəsini həyata keçirir. Bu şirkətlərə sanksiyalar ola bilər. Bu çox vacib bir məqamdır, hansı ki, nəzərə alınmalıdır”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Fevral 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri