Gələn il Xəzərin dibi ilə fiberoptik kabelin çəkilməsinə başlanılacaq
Icma.az, Apa.az saytına istinadən bildirir.
Qazaxıstandan Azərbaycana Xəzər dənizin dibindən fiberoptik kabelin çəkilməsinə gələn ilin yay aylarında başlanılması planlaşdırılır.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.
O bildirib ki, 2026-cı ilin sonuna qədər kabelin çəkilişi üzrə işlərin tam yekunlaşması və kabelin istifadəyə verilməsi nəzərdə tutulur:
“Xəzər dənizində bu kabelin keçəcəyi dib ərazisində marşrutun analizləri yekunlaşıb. Yaxın zamanlarda bu işləri həyata keçirən şirkət tərəfindən hesabat operatorlara layihəni iştirakçıkarına təqdim olunacaqdır. Həmçinin Xəzər dənizinin dibi ilə çəkiləcək fiberoptik kabelin istehsalı üzrə də işlərə başlanılıb. Kabelin istehsalı 2026-cı ilin yay aylarına qədər bitəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 17 Noyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















