Gələn ildən kitabxanaçılar üçün attestasiyaya start veriləcək
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Bizim islahatların gedişatında son hədəf keyfiyyətli, peşəkar və dayanıqlı kitabxana xidmətlərinin həyata keçirilməsidir. Bunun təməlində kitabxana sahəsində xidmətləri həyata keçirən şəxslərin həm sosial təminat, həm də onların peşə hazırlığının yüksəldilməsi istiqamətində işin təşkili durur.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsində keçirilən "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirədə deyib.
Nazir bildirib ki, bu prosesdə kadrların dəyərləndirilməsi üçün gələn ildən kitabxanaçıların attestasiyası həyata keçiriləcək.
"Bu ildən informasiya texnologiyaları ixtisasları üzrə kitabxanalarda çalışan 1 000-dək şəxsin attestasiyası həyata keçiriləcək. Attestasiya nəticələrinə görə peşəkar, vəzifəsinə uyğun olan şəxslərin işlərində qalacaq və yeni sistemdə onların prosesə cəlb ediləcək. Kimlər peşəkardır və kimlər bu sahədə fəaliyyəti davam etdirməyə uyğundursa, fəaliyyətini davam etdirəcəklər. Kimlərsə uyğunsuz hesab ediləcəksə, onlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq mexanizmlər tətbiq olunacaq".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkə üzrə təxminən 2,9 minə yaxın kitabxana fəaliyyət göstərir. Bu şəbəkəyə həm şəhər, həm rayon, həm də kənd kitabxanaları daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 10 İyun 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















