Icma.az
close
up
RU
Gələn ildən mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək

Gələn ildən mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ildə Azərbaycanda teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə vergi güzəştlərinin tətbiqi planlaşdırılır.

Bu barədə “Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması məqsədilə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə vergi güzəştlərinin verilməsi istiqamətindədir.

Bildirilir ki, hazırda qüvvədə olan məcəllədə Azərbaycanda qeydiyyatdan keçən film istehsalını və dublyajını həyata keçirən kinomatoqrafiya müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 %-i 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib. Təklif olunan dəyişikliklərə əsasən, güzəştin həcminin 75 %-dən 90 %-ə, müddətinin 3 ildən 5 ilə, güzəşt verilən subyektlərin sayının 2-dən 6-dək artırılması, həmin subyektlərin siyahısına isə teatr, muzey, simfonik orkestr və film prodüseri fəaliyyəti ilə məşğul olan şəxslərin əlavə olunması nəzərdə tutulur.

Bundan əlavə, film istehsalı və dublyajını həyata keçirən fiziki şəxslərin və film prodüserinin həmin fəaliyyətdən əldə etdiyi gəlirlərin 90 %-nin 5 il müddətinə gəlir vergisindən də azad edilməsi təklif olunur. Həmçinin, həmin şəxslərin bu fəaliyyət sahələrinin həyata keçirildiyi obyektlərinin yerləşdiyi torpaqlara görə 5 il müddətinə torpaq vergisindən azadolma nəzərdə tutulur.

Teatr, muzey, simfonik orkestr, film istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirlərinin də 5 il müddətinə 14 % dərəcə ilə ödəmə mənbəyində vergidən azad edilməsi təklif olunur.

Bundan əlavə, təklif edilən dəyişikliklərdə, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə fiziki şəxs olan istehlakçılar tərəfindən nağdsız qaydada ödənilən ƏDV-nin 50 %-nin həmin şəxslərə geri qaytarılması nəzərdə tutulur. Bütövlükdə, mədəniyyət sektoruna vergi güzəştlərinin verilməsi nəticəsində bu sahənin inkişafı, əlavə investisiyaların cəlbi və bu sahədə fəaliyyətin şəffaflaşması hədəflənir.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri