Azərbaycanda bu şəxslərə faizsiz kreditlər veriləcək Gələn ildən...
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Gələn ildən islam bankçılığı çərçivəsində Azərbaycanda faizsiz kreditlərin verilməsi nəzərdə tutulur.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, islam bankçılığı klassik bank sistemindən əsaslı şəkildə fərqlənir. Bu sistemdə faiz anlayışı yoxdur, lakin bu, pulu qazancsız vermək mənasına gəlmir.
"İqtisadi Resursların Öyrənilməsi" İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib ki, ölkəmizdə planlaşdırılan İslam bankçılığı məhsullarından ilkin olaraq "Murabaha" təqdim olunacaq. Bu alətdən də əsasən sahibkarlar, iş adamları yararlana biləcəklər.
Ruslan Atakişiyev qeyd edib ki, İslam dinində faiz haram hesab olunduğundan kredit faizsiz, lakin ticarət anlayışı ilə veriləcək. Yəni vətəndaşın əldə etmək istədiyi məhsulu bank alacaq və vətəndaşa üzərinə pul qoyub, ödənişi hissələrə bölüb satacaq.
Nəticə olaraq demək olar ki, vətəndaşın itirdiyi məbləğ dəyişmir. Sadəcə bu dəfə vətəndaşın artıq ödədiyi məbləğ faiz yox, ticarət adlanır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

