Gələn ilin mayından Şanxay Bakı aviareysinin açılması planlaşdırılır
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çindən Azərbaycana turist axınının artırılması məqsədilə Şanxay-Bakı birbaşa aviareysinin açılması planlaşdırılır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, gələn ilin may ayından etibarən "Azərbaycan Hava Yolları" (AZAL) Şanxay-Bakı marşrutu üzrə uçuşlara başlamağı planlaşdırır: "İki ay əvvəl Pekində Azərbaycanın turizm nümayəndəliyi fəaliyyətə başlayıb. Hazırda digər Çin aviaşirkətləri ilə də Azərbaycana birbaşa uçuşların təşkili istiqamətində danışıqlar aparılır. Çin Azərbaycanın prioritet turizm bazarlarından biridir və bu bazarda tanıtım fəaliyyətləri davam etdiriləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:331
Bu xəbər 09 İyul 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















