Icma.az
close
up
RU
Gəlir vergisinə güzəşt müddətinin uzadılmasını aktual hesab etmirəm Deputat

Gəlir vergisinə güzəşt müddətinin uzadılmasını aktual hesab etmirəm Deputat

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı ilin 1 yanvarından etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştlərin müddəti başa çatır. Hazırda bu müddətin uzadılıb-uzadılmayacağı ilə bağlı rəsmi açıqlama verilməyib. 

Xatırladaq ki, gəlir vergisinə tətbiq edilən güzəştlər 2019-cu ildən etibarən qüvvədədir. Mövcud qaydalara əsasən, hazırda yalnız 8 000 manatdan yüksək əməkhaqqı alan şəxslərin gəlirinə 14% vergi tətbiq olunur.

Əgər güzəştlər ləğv edilərsə, gəlir vergisi əvvəlki qaydada hesablanacaq, belə ki, əməkhaqqının 2 500 manatadək hissəsindən 14%, sözügedən məbləğdən yuxarı hissəsindən isə 25% vergi tutulacaq.

Hazırda  güzəştlərin müddətinin uzadılmasına zərurət olub-olmadığı, Milli Məclisə bununla bağlı təklif daxil edilib-edilməyəcəyi müzakirə  olunur.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, hələki güzəştlərin uzadılması ilə bağlı Milli Məclisə təklif daxil olmayıb:

"1 yanvar 2026-cı ildən qeyri-neft və dövlət büdcəsindən maliyyələşməyən sahələrdə çalışan və aylıq maaşı 8 min manatdan az olanlara 7 il müddətində gəlir vergisinə tərtbiq olunmuş güzəştlərin müddəti başa çatır. Bu güzəştlərin uzadılması ilə bağlı hələ ki, Milli Məclisə bir təklif daxil olmayıb. Güzəştlərin tətbiqi iş yerlərinin rəsmiləşdirlməsində şəffaflığın yaradılması və sahibkarlıq subyektlərinə dəstək məqsədi daşıyırdı".

A.Badamov vurğulayıb ki, indiki məqamda isə bu sahədə kifayət qədər şəffaflıq təmin olunub:

"Demək olar ki, əvvəllər gizlədilən iş yerləri artıq rəsmiləşib. Sahibkarlıq subyektıləri də bu güzəştlərdən müəyyən olunmuş dövrdə yararlana bilib. Həm də dövlət büdcəsinən maliyyələşən təşkilatlarda işləyənlərdən gəlir vergisi tutulduğu halda qeyri-neft sektoruna həmişəlik azadolmalar və güzəştlərin tətbiq olunması ədalətli olmaz. Bu baxmdan qeyri-neft sektorunda işləyənlərdən tutulmalı olan gəlir vergisinə tətbiq olunmuş güzəştlərin müddətinin yenidən uzadılmasını aktual hesab etmirəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Oktyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri