Icma.az
close
up
RU
Gəlir vergisinə güzəşt: Niyə tətbiq edilmişdi, niyə ləğv olunur? TƏHLİL

Gəlir vergisinə güzəşt: Niyə tətbiq edilmişdi, niyə ləğv olunur? TƏHLİL

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Belə ki, 2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəliri olanlardan 3%, 2027-ci ilin yanvarın 1-dən 5%, 2028-ci il yanvarın 1-dən isə 7% vergi tutulacaq.
Bundan yuxarı məbləğdə gəliri olanlar üzrə isə faiz dərəcələrini qeyd etmirəm. Çünki, bu haqda çox yazılıb. Sual yaranır ki, sözügedən güzəşt niyə tədbiq edilmişdi və nədən ləğv olunur?
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid ödəyicilərdə çalışan fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri üzrə vergi dərəcələrinə güzəşt 2019-cu ildə tətbiq edilmişdi. Həmin o ildə ki, ölkədə ilk sosial islahat paketi həyata keçirilmişdi - bir ildə minimum aylıq əmək haqqı 2 dəfə artırılmış, minimum pensiya, sosial müavinət və təqaüdlərin məbləğləri yüksəldilməyə başlamışdı. Yəni sözügedən güzəşt 2019-cu ildəki sosial islahat paketinə daxil idi.
Yeri gəlmişkən, 2019-cu ildən bəri, bu il də daxil olmaqla 5 sosial islahat paketi həyata keçirilib. Nəticədə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 3 dəfəyə kimi, müavinət və təqaüdlərin həddi isə 5 dəfədən çox artıb. Bundan əlavə, ölkədə həmin ilədək mövcud əmək müqavilələrinin sayı 466.613 vahid artaraq cari ilin oktyabrın 1-də 1 milyon 868 min 528-ə çatıb. Özü də artımın əsas hissəsi məhz qeyri-neft-qaz sektorunun özəl bölməsinin payına düşüb. Xidmət, ticarət və tikinti sahələri də bura daxildir.
İslahatların nəticəsində məcburi dövlət sosial sığorta ödənişləri üzrə həm dərəcə, həm də yığım mexanizminin dəyişdirilməsi sayəsində Dövlət Sosial Müdafiə Fondunun da gəlirləri artıb. 2019-cu ildən bəri Fondun dövlət büdcəsindən asılılığı azalmağa başlamış və hətta müəyyən məbləğin geri – büdcəyə qaytarılması hallarının da əsası qoyulub.
Sözün qısası, özəl sektorda çalışanlar üzrə 7 il öncə tətbiq edilən aylıq gəlir vergisi güzəşti nəticəsində çox şeylərə nail olunub və istər dövlət büdcəsinə mədaxil nöqteyi-nəzərindən, istərsə də sosial istiqamətdə böyük keyfiyyət dəyişiklikləri əldə edilib. Güzəştin tətbiqində məqsəd də məhz bu idi.
Güzəştin niyə ləğv olunacağına gəldikdə isə, bunun bir neçə səbəbi var. Birincisi, banal olaraq vaxtı bitir. İkincisi, güzəşt neft-qaz və ümumiyyətlə, dövlət sektoruna aid olmadığından, balansı qorumaq nöqteyi-nəzərindən uzun müddət saxlanıla bilməzdi. Xüsusən də ona görə ki, yüksək əmək haqqı alanların və ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin çox hissəsi qeyri-neft-qaz-dövlət sektorunda çalışırlar. Nəhayət, üçüncüsü və bəlkə də ən əsası isə ondan ibarətdir ki, ildən-ilə dövlət büdcəmizin gəlirlərinin artım sürəti xərclərin getdikcə genişlənməsi tempini əvvəlkitək qarşılaya bilmir. Heç də hər şey əvvəlki səviyyədə deyil. Çünki neft-qaz gəlirləri azalır. Bu da qeyri-resurs gəlir mənbələrinin sayını artırmağı tələb edir.
Gələn il dövlət büdcəsi haqqında qanuna əsasən fiziki şəxslərdən 2 milyard 379 milyon 300 min manat gəlir vergisi toplamaq nəzərdə tutulub. 2025-ci ilin dövlət büdcəsi haqqında qanunda bu rəqəm 1 milyard 989 milyon manat təşkil edirdi.
Sözün qısası, hökumətin güzəştin müddətini uzatmamasının səbəbləri kifayət qədər aydındır. Lakin...
Yuxarıda 2019-cu ildən bəri əldə olunan nailiyyətləri boş yerə sadalamadım. Çox müsbət haldır ki, güzəştin ləğvi birdən-birə deyil, 2028-ci il də daxil məhz üç il ərzində, yəni mərhələlərlə həyata keçiriləcək. Belə ki, məsələn, 2500 manatadək aylıq gəliri olanlardan gələn ildən etibarən birdən-birə 7% deyil, 3% vergi tutulacaq. Bu, 7 illik fasilədən sonra şok effektinin yaranmasının qarşısını alacaq.
Bundan əlavə, hesab edirəm, özəl sektorda işəgötürənlər tərəfindən müəyyən məbləğdə maaş artımlarına gedilməsi yolu ilə baş verəcək itkiləri nisbətən kompensasiya etməyə də imkan yaranacaq. Əlbəttə bu, özəl sektorda işəgötürənlərin imkanlarına və səlahiyyətlərinə aid məsələdir.
Ancaq, əsas bunlar deyil. Başlıca məsələ ondan ibarətdir ki, vergi siyasətində yumşaq və stimullaşdırıcı xətt bundan sonra da davam etdirilməli, iqtisadiyyatın inkişafı və gəlirlərin dayanıqlı şəkildə artması üçün daim güzəştlərə getmək hökumətin qayəsini təşkil etməlidir. Ümumiyyətlə, vergilərdə güzəştlərdən çəkinmək lazım deyil. Bunu özəl sektorda fiziki şəxslərdən gəlir vergisinə son 7 ildə tətbiq edilən güzəşt də təsdiq etdi.

Pərviz Heydərov
Azvision.az üçün
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://azvision.az
archiveBu xəbər 23 Noyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri