Icma.az
close
up
RU
Gəlir vergisinə güzəşt nəyə görə tədbiq edilmişdi və niyə ləğv olunur?

Gəlir vergisinə güzəşt nəyə görə tədbiq edilmişdi və niyə ləğv olunur?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pərviz Heydərov yazır...

Gələn ildən etibarən ölkədə özəl sektorda çalışanlar üzrə yeddi il öncə tətbiq edilən aylıq gəlir vergisi güzəştinin ləğv ediləcəyi müəyyən narazılıqlar doğurub. Bu da təbiidir. Ən azı ona görə ki, qeyd olunan sektorda maaşlar nisbətən azalacaq. Və bu, 2027-ci, 2028-ci il də daxil olmaqla ardıcıl üç il davam edəcək.

Belə ki, 2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəliri olanlardan 3%, 2027-ci ilin yanvarın 1-dən 5%, 2028-ci il yanvarın 1-dən isə 7% vergi tutulacaq.

Bundan yuxarı məbləğdə gəliri olanlar üzrə isə faiz dərəcələrini qeyd etmirəm. Çünki, bu haqda çox yazılıb. Sual yaranır ki, sözügedən güzəşt niyə tətbiq edilmişdi və nədən ləğv olunur?

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid ödəyicilərdə çalışan fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri üzrə vergi dərəcələrinə güzəşt 2019-cu ildə tətbiq edilmişdi.

Həmin o ildə ki, ölkədə ilk sosial islahat paketi həyata keçirilmişdi, - bir ildə iki dəfə minimum aylıq əməkhaqqı artırılmışdı, minimum pensiya, sosial müavinət və təqaüdlərin məbləğləri yüksəldilməyə başlanmışdı.

Yəni, qeyd etmək istədiyim odur ki, sözügedən güzəşt 2019-cu ildəki sosial islahat paketinin bir növ tərkib hissəsinə daxil idi.

Yeri gəlmişkən, qeyd edim ki, 2019-cu ildən bəri, bu il də daxil olmaqla beş sosial islahat paketi həyata keçirilmişdi ki, nəticədə minimum əməkhaqqı 3.1 dəfə, minimum pensiya üç dəfəyə kimi, müavinət və təqaüdlərin həddi isə beş dəfədən çox artmışdı.

Bundan əlavə, ölkədə həmin ilədək mövcud əmək müqavilələrinin sayı 466.613 vahid artaraq cari il 1 oktyabr tarixinə 1 milyon 868 min 528-ə çatmışdı.

Özü də artımın əsas hissəsi məhz qeyri-neft-qaz sektorunun özəl bölməsinin payına düşüb ki, xidmət, ticarət və tikinti sahələri də bura daxildir.

Bütün bunlar bir yana qalsın, həyata keçirilən müvafiq islahatlar nəticəsində, məcburi dövlət sosial sığorta ödənişləri üzrə həm dərəcə, həm də yığım mexanizminin dəyişdirilməsi sayəsində Dövlət Sosial Müdafiə Fondunun da gəlirləri artıb.

Qeyd olunan qurumun 2019-cu ildən bəri dövlət büdcəsindən asılılığı azalmağa başlamış və hətta, ilin ortasında büdcədən transfertə aid müəyyən məbləğdə vəsaitin "qayçılanaraq" geri qaytarılması hallarının da əsası qoyulub.

Sözün qısası, özəl sektorda çalışanlar üzrə yeddi il öncə tətbiq edilən aylıq gəlir vergisi güzəşti nəticəsində çox şeylərə nail olunmuş və istər dövlət büdcəsinə mədaxil nöqteyi-nəzərindən, istərsə də sosial istiqamətdə böyük keyfiyyət dəyişiklikləri əldə edilib.

Sözügedən güzəştin tətbiqində məqsəd də məhz bundan ibarət idi.

Güzəştin nədən ləğv olunacağına gəldikdə isə, bunun bir neçə səbəbi var. Birincisi, qeyri-neft-qaz-dövlət sektoruna aid ödəyicilər üzrə çalışan fiziki şəxslərin muzdlu işdən əldə etdikləri aylıq gəlirlərə vergi güzəşti yeddi il müddətinə tətbiq edilmişdi, yəni 2026-da vaxtı bitir.

İkincisi, sözügedən güzəşt neft-qaz və ümumiyyətlə, dövlət sektoruna aid olmadığından, balansı qorumaq nöqteyi-nəzərindən uzun müddət saxlanıla bilməzdi. Xüsusən də ona görə ki, yüksək əməkhaqqı alanların da və ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin də çox hissəsi əslində demək olar məhz, qeyri-neft-qaz-dövlət sektorunda çalışırlar.

Və nəhayət, üçüncüsü və bəlkə də ən əsası isə ondan ibarətdir ki, ildən-ilə dövlət büdcəmizin gəlirlərinin artması sürəti də xərclərin getdikcə genişlənməsi tempini əvvəlki kimi qarşılamır və hər şey, heç də əvvəlki səviyyədə deyil. Çünki neft-qaz gəlirləri azalır. Bu da, qeyri-resurs gəlir mənbələrinin sayını artırmağı tələb edir.

Gələn il dövlət büdcəsi haqqında qanuna əsasən fiziki şəxslərdən 2 milyard 379 milyon 300 min manat gəlir vergisi toplamaq nəzərdə tutulur ki, 2025-ci il dövlət büdcəsi haqqında qanunda bu rəqəm 1 milyard 989 milyon manat təşkil edir.

Sözün qısası, hökumətin güzəştin müddətini uzatmaması səbəbləri kifayət qədər aydındır. Lakin...

Yuxarıda 2019-cu ildən bəri əldə olunan nailiyyətləri boş yerə sadalamadım. Və qeyd etdim ki, qeyri-neft-qaz və özəl sektorda çalışan fiziki şəxslərin aylıq gəlirlərinə güzəşt 2019-cu ildən həyata keçirilməyə başlanılan sosial islahat paketinin bir növ tərkib hissəsi idi.

Bəli, çox müsbət haldır ki, güzəştin ləğvi birdən-birə deyil, 2028-ci il də daxil məhz üç il ərzində, yəni mərhələlərlə həyata keçiriləcək. Belə ki, məsələn, 2500 manatadək aylıq gəliri olanlardan gələn ildən etibarən birdən-birə 7 % deyil, 3 % vergi tutulacaq.

Bu, 7 illik fasilədən sonra şok effekti yaranmasının qarşısını alacaq.

Bundan əlavə, hesab edirəm, özəl sektorda işəgötürənlər tərəfindən müəyyən məbləğdə maaş artımlarına gedilməsi yolu ilə baş verəcək itkiləri nisbətən kompensasiya etməyə də imkan yaranacaq. Əlbəttə bu, özəl sektorda işəgötürənlərin imkanlarına və səlahiyyətlərinə aid məsələdir.

Ancaq, əsas bunlar deyil. Vurğulamaq istədiyim başlıca məsələ ondan ibarətdir ki, vergi siyasətində yumşaq və stimulaşdırıcı mahiyyət bundan sonra da davam etdirilməli, iqtisadiyyatın inkişafı və gəlirlərin dayanıqlı şəkildə artması üçün bəzən ən sərt güzəştlərə belə getmək hökumətin qayəsini təşkil etməlidir.

Ümumiyyətlə, vergilərdə güzəştlərdən çəkinmək lazım deyil. Bunu özəl sektorda fiziki şəxslərdən gəlir vergisinə son yeddi ildə tətbiq edilən güzəşt də təsdiq etdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri