Gəmilərin təhlükəsiz istismarı və axtarış xilasetmə tədbirləri ilə bağlı tapşırıqlar verilib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində “2025-ci il ərzində görülən işlərin təhlili və qarşıda duran vəzifələr” mövzusunda tədris-metodiki toplantı keçirilib.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, toplantıda Xidmətin rəhbərliyi və məsul şəxsləri iştirak edib. tədbirdə çıxış edən Xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov 2025-ci il ərzində Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı, suda boğulma hadisələrinin nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
Daha sonra Xidmətin struktur bölmələrinin rəhbərləri müvafiq sahələr üzrə hesabat xarakterli çıxışlar ediblər.
Sonda Xidmət rəisi cari ildə insanların sularda təhlükəsizliyi, kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı və axtarış-xilasetmə tədbirlərinin daha səmərəli təşkil olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 16 Yanvar 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















