Icma.az
close
up
RU
“Gənc hüquq müdafiəçiləri” müsabiqəsinin finalçıları təlimlərə cəlb olunub AZƏRTAC

“Gənc hüquq müdafiəçiləri” müsabiqəsinin finalçıları təlimlərə cəlb olunub AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 9 dekabr, AZƏRTAC

“Gənc hüquq müdafiəçiləri” müsabiqəsinin final mərhələsində iştirak etmək hüququnu qazanan komandalar üçün təlimlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd şagirdlərdə təməl hüquqi biliklərin formalaşdırılması, eləcə də onların müsabiqənin final mərhələsinə hazırlığının təmin olunmasıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsində və Məktəb-Lisey Kompleksində keçirilən təlimlər zamanı vəkil Rəhim Həsənzadə və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin mətbuat katibi Aydan İsmayılova “Cinayət hüququ” və “Natiqlik bacarıqları” mövzuları üzrə şagirdlərə geniş məlumat veriblər.

Həmçinin təlimlərdə müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, BŞTİ-nin “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyi (“ELSA Azərbaycan”) ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən müsabiqədə idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin X-Xl sinif şagirdləri və hüquq ixtisası üzrə təhsil alan tələbələr iştirak edirlər. Müsabiqə gənc nəslin qanuna hörmət ruhunda formalaşdırılması, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə, hüquqi savadlılığın artmasına töhfə verilməsi məqsədilə keçirilir.

Bakı şəhəri 193 nömrəli tam orta məktəb, Məktəb-Lisey Kompleksi, Tərəqqi və 291 nömrəli Ekologiya liseylərinin şagirdlərindən ibarət komandalar finala vəsiqə qazanıblar. Müsabiqənin final turu Azərbaycan Respublikası Ali Məhkəməsində təşkil ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see299

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see263

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see233

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see213

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see157

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see148

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see142

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see141

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see141

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see137

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see136

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see131

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see130

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see128

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see127

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see126

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see126

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see122

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri