Icma.az
close
up
RU
“Gənc Bələdçi” layihəsi yekunlaşıb AZƏRTAC

“Gənc Bələdçi” layihəsi yekunlaşıb AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 dekabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənc Bələdçi” layihəsi başa çatıb.

İrəli İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 100-dən çox gəncin iştirak etdiyi layihə İsmayıllı, Qəbələ, Şəki, Lənkəran şəhərlərini əhatə edib.

Layihənin əsas məqsədi yeni ekoturizm təşəbbüslərinin yaradılması, Azərbaycanın zəngin mədəni və tarixi irsinin təbliğ olunması, ətraf mühitin qorunması, bölgələrə yerli və xarici turistlərin cəlb olunması, gənclərin məşğulluğunun artırılması və gənc bələdçilərin formalaşdırılmasıdır. Layihə gənc iştirakçıların bilik və bacarıqlarının artırılmasını, gənclərdə təkmilləşdirilmiş turizm təcrübələri ilə nəticələnən mədəni və tarixi məlumatlılığın artırılmasını və ekoturizm infrastrukturunun və xidmətlərinin inkişafını hədəfləyir.

Layihənin sonuncu fazası Lənkəran şəhərində keçirilib. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, Lənkəran Gənclər Evi və sosial xidmət müəssisəsinin təşkilati dəstəyi ilə təşkil olunan 4 günlük proqram çərçivəsində “tur və düşərgələrin planlanması”, “ekstrimal vəziyyətlərin idarə edilməsi”, “ekoturlar üçün marketinq strategiyaları və multimedia hesablarından məqsədyönlü istifadə”, “maliyyə menecmenti”, “özünəməşğulluq” və bir sıra mövzularlarda təlimlər həyata keçirilib. Təlimlərlə yanaşı, iştirakçıların qeyd edilən şəhərlər üzrə Azərbaycan Dövlət Turizm Agentliyi və Məşğulluq Agentliyinin regional nümayəndələri ilə görüşü təşkil olunub. Regionlarda turizm potensialı, görülən işlər, gənclərin bilik və bacarığının artırılması, özünəməşğulluq proqramları haqqında müzakirələr aparılıb, “Gənc bələdçi”ləri maraqlandıran suallar cavablandırılıb.

Sonda layihənin iştirakçıları şəhadətnamə ilə təltif edilib.

Qeyd edək ki, layihə yekunlaşsa da davamlılıq mərhələsində iştirakçılar proqram zamanı öyrəndikləri bilik və təcrübələrə əsaslanaraq yaşadıqları regionlarda ekoturizm və bələdçilik üzrə sahibkarlıq təşəbbüsləri həyata keçirəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri