Icma.az
close
up
RU
“Gənc Hüquq Müdafiəçiləri” məhkəmə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib

“Gənc Hüquq Müdafiəçiləri” məhkəmə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Gənc Hüquq Müdafiəçiləri” məhkəmə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikası Ali Məhkəməsində təşkil olunmuş tədbirdə Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, elm və təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisin deputatları Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Vəkillər Kollegiyasının aparat rəhbərinin müavini Səttar Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Qədiməliyev, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyinin (“ELSA Azərbaycan”) prezidenti Nazim Çələbiyev, “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin sədri Nilgün Məmmədova, Ali Məhkəmə, Elm və Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Bakının inzibatı rayonları üzrə məhkəmələrin sədrləri, məktəb direktorları, mentor tələbələr və şagirdlər iştirak ediblər.
Əvvəlcə BŞTİ-nin “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi və “ELSA Azərbaycan” ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən müsabiqənin finalına vəsiqə qazanmış komandaların (Bakı şəhəri 193 nömrəli tam orta məktəb, Məktəb-Lisey Kompleksi, Tərəqqi və 291 nömrəli Ekologiya liseyləri) səhnələşdirilmiş məhkəmə prosesi izlənilib.
Elm və təhsil nazirinin müavini İdris İsayev müsabiqənin gənc nəslin qanuna hörmət ruhunda formalaşdırılması, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsinə, hüquqi savadlılığın artmasına töhfə vermək məqsədilə keçirildiyini bildirib. İ.İsayev dövlət siyasətinin əsas tərkib hissəsi olan intellektual və savadlı gəncliyin yetişdirilməsi işində belə müsabiqələrin rolundan, şagird-tələbə əməkdaşlığının uğurlu nəticələrindən danışıb.
Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov müsabiqənin final mərhələsinə yüksələn komandaları təbrik edib və onlara uğurlar arzulayıb. Sədr müavini müsabiqədə iştirak edən şagirdlərin gələcəkdə peşəkar hüquqşünas olacağına və ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində mühüm rol oynayacaqlarına inandığını bildirib.
Milli Məclisin deputatı Kamal Cəfərov belə bir müsabiqənin keçirilməsini yüksək dəyərləndirib. K.Cəfərov müsabiqənin tələbələrin, eyni zamanda gələcəkdə hüquqşünas olmaq istəyən məktəblilərin inkişafında müstəsna rol oynadığını, onlara nəzəri bilikləri praktik formada tətbiq etməyi və təkmilləşdirməyi öyrətdiyini söyləyib.
Daha sonra müsabiqənin nəticələri açıqlanıb. 193 nömrəli tam orta məktəb və 291 nömrəli Ekologiya liseyinin şagirdlərindən ibarət komanda final mərhələsinin qalibi seçilib.
Müsabiqənin finalında I, II, III yeri tutan komandalara, həmçinin müxtəlif nominasiyalar üzrə fərqlənən şagirdlərə diplom və hədiyyələr təqdim olunub. Ali Məhkəmənin hakimləri və təlimçilər isə Təşəkkürnamə ilə təltif ediliblər.
Ruhiyyə Mehdiyeva
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Dekabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri