“Gənc istedadlar” liseyinin iki şagirdi “SAF 2025”in qalibidir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) qalibidir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, liseyin VIII sinif şagirdi Nazirə Kərimli “Mexatronika” kateqoriyası üzrə II, V sinif şagirdi Harun Əlizadə isə “RoboGames Kids” kateqoriyası üzrə III yerə layiq görülüb.
Qeyd edək ki, festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edib. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 19 Noyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















