Icma.az
close
up
RU
“Gənc istedadlar” liseyinin şagirdi görmə məhdudiyyətli uşaqlar üçün yeni layihə hazırlayıb

“Gənc istedadlar” liseyinin şagirdi görmə məhdudiyyətli uşaqlar üçün yeni layihə hazırlayıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində X sinif şagirdi Samirə Cəfərlinin “TactoColor” layihəsinin təqdimatı keçirilib. Layihə SASMO təşkilatının dəstəyi ilə reallaşıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Samirə Cəfərli layihənin ideyasının görmə məhdudiyyətli uşaqlarla ünsiyyət zamanı onların rəngləri tanımaqda çətinlik çəkməsini müşahidə etməsindən yarandığını bildirib. Bu çətinliyi aradan qaldırmaq məqsədilə rəngləri toxunaraq tanımağa imkan verən taktil rəngləmə albomları və xətli qələmlər dəsti hazırlayıb.

Layihə uşaqlara yalnız rəngləri tanıtmaqla kifayətlənmir, həm də yaradıcılıq bacarıqlarını və emosional ifadə imkanlarını inkişaf etdirməyi hədəfləyir. Albomlarda hər rəng uşaqların toxunaraq hiss edə biləcəkləri fərqli tekstura və formalarda təqdim olunub.

Təqdimat zamanı uşaqlar üçün interaktiv təcrübə dərsi təşkil olunub. Onlar albomları sınaqdan keçirib, rəngləmə işlərini tamamlayıblar.

Samirə Cəfərli çıxışında “TactoColor”un əsas məqsədinin inklüziv təhsili və bərabər imkanları təşviq etmək olduğunu bildirib. Onun sözlərinə görə, layihə görmə məhdudiyyətli uşaqların öz həmyaşıdları ilə bərabər şəkildə öyrənməsinə, yaradıcılıqla məşğul olmasına və özünəinamının artmasına şərait yaradır.

Layihənin gələcəkdə digər bölgələrdə də təqdim olunması planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri