“Gənc istedadlar” liseyinin şagirdləri respublika fənn olimpiadalarında 7 medal qazanıblar
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildirilib ki, bu universitetin nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi də mükafatlandırılanlar arasında olub. Liseyin şagirdləri bir qızıl və bir gümüş olmaqla 7 medal qazanıblar. Liseyin VIII sinif şagirdləri Alikamal Həsən riyaziyyat fənni üzrə qızıl, Fidan Həşimova kimya, Sulduz Hacıyev riyaziyyat, X sinif şagirdləri Emilya Ağayeva Azərbaycan dili və ədəbiyyat, Yusif İbrahimzadə fizika, Elman Kərimli və Cabir Abbasov kimya fənləri üzrə gümüş medala layiq görülüblər.
Qeyd edək ki, “Gənc istedadlar” liseyi bu il respublika fənn olimpiadaları üzrə qalib sayı baxımından ölkənin ən yaxşı təhsil müəssisələri sırasında ilk onluqda yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 24 İyun 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















