“Gənc istedadlar” liseyinin şagirdləri fənn müsabiqələrinin və olimpiadanın qalibi olublar AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 2 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 13 şagirdi Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən IX respublika fənn müsabiqələrinin, 4 şagirdi isə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının qalibi olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, liseyin şagirdləri Alikamal Həsən, Sulduz Hacıyev, Saleh Həsənli, Mehdi Şeydalı riyaziyyat fənni üzrə qızıl, Yusif Fətullayev fizika, Akif Qurbanov riyaziyyat fənləri üzrə gümüş, Ayxan Məmmədli fizika, Fidan Həşimova Kimya, Tayfun Məhərrəmli, Ülvi Süleymanlı, Tamerlan Heydərov, Ağasəlim Musayev, Aysu Abbasova Riyaziyyat fənləri üzrə bürünc medala layiq görülüblər.
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında isə liseyin şagirdləri Həsən Süleymanov qızıl, Şahmar Əsədov gümüş, Ruqiyyə Sadıqlı və Murad İmanov isə bürünc medalın sahibi olublar. Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasında medal sayına görə “Gənc istedadlar” liseyi ölkə üzrə II yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 02 Dekabr 2024 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















