Icma.az
close
up
RU
Gənc İstedadlar Proqramının iştirakçıları SOCAR da təcrübəyə başlayıb FOTOLAR

Gənc İstedadlar Proqramının iştirakçıları SOCAR da təcrübəyə başlayıb FOTOLAR

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Gənc İstedadlar Proqramının (GİP) iştirakçıları Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) təcrübəyə başlayıb. SİA SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə “Gənc istedadlar” proqramının məzunlarının təəssüratlarını əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra SOCAR-ın vitse-prezidenti Ziba Mustafayevanın, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun çıxışları dinlənilib.

Çıxışlarda SOCAR-da gənclər üçün yaradılmış imkanlar barədə məlumat verilib. Bu xüsusda, GİP-in 2022-ci ildən etibarən SOCAR-ın tələbə və məzunlar üçün həyata keçirdiyi unikal layihələrdən biri olduğu bildirilib. Proqramın istedadlı gəncləri SOCAR-a cəlb etmək, onların inkişafını səmərəli təşkil etmək, real iş mühitində müxtəlif öyrənmə metodlarından istifadə edərək səriştələrini inkişaf etdirmək və şirkətin işəgötürən brendini gücləndirmək məqsədi daşıdığı qeyd edilib. Bu günə qədər 175 məzunun proqramı yüksək göstəricilərlə tamamlayaraq, SOCAR-ın müəssisələrində müvafiq işlə təmin olunduğu diqqətə çatdırılıb. Hər il proqramın ən uğurlu məzunları arasından seçilmiş qaliblərin “SOCAR Türkiyə” şirkətində işlə təmin olunduqları vurğulanıb. 2022-ci ildən indiyə qədər qaliblərdən 6 nəfərin “SOCAR Türkiyə” şirkətində işlə təmin edildiyi bildirilib. Ölkəmizin müxtəlif ali təhsil müəssisələri ilə yanaşı, BANM tələbələrinin də proqramdan faydalandığı diqqətə çatdırılıb.

GİP-in ötən il qalibi olmuş və hazırda SOCAR-ın müxtəlif müəssisələrində çalışan gənclər çıxış edərək proqramın faydalarından və layihənin onların karyerasında oynadığı önəmli roldan bəhs ediblər.

Tədbirdə əvvəlki illərin ən uğurlu mentorları proqramla bağlı təəssüratlarını bölüşərək iştirakçılara təcrübədə olacaqları 5 ay müddətindən səmərəli istifadə etmələrini tövsiyə ediblər.

Daha sonra ən uğurlu 4 mentora “2024-cü ilin ən uğurlu mentoru” mükafatları təqdim edilib.

Qeyd edək ki, 2025-ci il üzrə Proqramın təşkili üçün SOCAR-ın strukturuna daxil olan müəssisələrdən və SOCAR-ın törəmə müəssisələrindən müvafiq kvotalar əldə edilib və ona uyğun olaraq, müvafiq ixtisaslar üzrə cəlbetmə və seçim prosesi təşkil olunub. Seçim mərhələlərinə ümumilikdə 2809 nəfər cəlb edilib, bütün seçim mərhələlərini uğurla başa vurmuş 133 nəfər proqramda iştirak etmək hüququ əldə edib. Proqrama seçilmiş gənc istedadlar ölkə üzrə 14 ali təhsil müəssisəsini təmsil edir. Xüsusi olaraq vurğulamaq istərdik ki, SOCAR-ın müxtəliflik və inklüzivlik siyasətinə uyğun olaraq proqrama seçilən 133 nəfərdən 73 nəfəri (55%) gənc xanımlar olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Mart 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri