“Gənc istedadlar” BDU da
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin VII sinif şagirdləri ali məktəbə ekskursiya ediblər. Şagirdlər BDU-nun Heydər Əliyev muzeyi, Heydər Əliyev lektoriyası, Təkamül muzeyi, nadir layihə olan “EKO Məkan”da olublar.
Şagirdlərə BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir dövrün tələbləri və karyera imkanları nəzərə alınaraq, tələbələr üçün hər cür şərait yaradılıb. Universitetin müasir tədris metodları, informasiya texnologiyaları sahəsində tətbiq etdiyi yeniliklər, BDU-nun “TEKNOFEST” və “Robotex” komandalarının beynəlxalq uğurları da diqqətə çatdırılıb.
Sonda şagirdlər BDU-nun yeni təmir olunmuş 2 saylı tədris binasında yaradılan şəraitlə tanış olublar.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 05 Aprel 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















