Gənc kişilər arasında erkən ölüm niyə çoxalıb? (Video)
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda 15-29 yaşlı kişilər arasında ölüm göstəricisi eyni yaş qrupunda olan qadınlarla müqayisədə 2.2 dəfədən çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub. Məlumata əsasən, 2025-ci ildə hər 100 min nəfər 15-29 yaşlı kişi əhaliyə 77.1 ölüm halı düşüb. Eyni yaş qrupunda olan qadınlar arasında isə bu göstərici 34.6 təşkil edib.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin həkim eksperi Zakir Quliyev deyir ki, təkcə ölkəmizdə deyil, bütün dünyada gənc yaşda ölən kişilərin sayı qadınlardan daha çoxdur. Qadınlar kişilərə nisbətən daha uzun il yaşayırlar. Bunun isə bir çox səbəbi var.
Zakir Quliyev deyir ki, enerji içkiləri də bu məsələdə əsas rol oynayan faktorlardan biridir.
Səhiyyə Nazirliyinin həkim eksperti deyir ki, qadınlar kişilərə görə həkimə daha çox müraciət edirlər. Bu da digər faktorlardan biridir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 27 Oktyabr 2026 08:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















