Icma.az
close
up
RU
Gənc şair: “Qabil Ədalət və onun kimi düşünənlər bilməlidir ki…”

Gənc şair: “Qabil Ədalət və onun kimi düşünənlər bilməlidir ki…”

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün ədəbi cameə, ədəbi mühit olduqca qarışıq, hətta deyərdim ki, dağınıq bir vəziyyətdədir. Əksəriyyət müəyyən ədəbi məsələlərə, eləcə də ədəbi prosesə münasibətdə fundamental təfəkkür, köklü analtika və ədalət prinsipi vəhdətindən çıxış edə bilmir və ya çıxış etmək istəmir. Təbii ki, bunun da bir çox səbəbləri var. Kimisinin idraki gücü çatmır o mövcud həqiqətlərə çatmağa, kimisində isə idraki güc, təhliletmə potensialı var amma və lakin iradə, eyni zamanda ədalət prinsipi yoxdur ki, həmin gerçəklikləri ictimai müstəvidə ifadə edə bilsin. Məhz bu baxımdan da hazırkı ədəbi mühitdə müəyyən acı həqiqətlər var ki, bir çoxlarının şəxsində “maraqların” və ya daşıdığı kütlə psixologiyasının necə deyərlər, “qurbanı” olur. Həm də bunu da unutmamaq lazımdır ki, gərək, qələm adamı ruhsal azadlığında “qandal”a yer verməsin”. Bu sözləri

Adalet.az-a açıqlamasında gənc şair, publisist Emil Rasimoğlu söyləyib. O, həmkarı gənc şair Qabil Ədalətin onun haqqında səsləndirdiyi  fikirləri qəbul etməyib:

“Qabil səsləndirdiyi fikirlərdə kifayət qədər ədalətdən kənar, yanlış düşüncəyə və  qənaətə söykənib. Mən Anarı eləcə də Yazıçılar Birliyində Anarın səriştəsiz idarəçiliyini, Anar diktaturasını dəstəkləyən Rəşad Məcidi və digər AYB təmsilçilərini haqlı olaraq niyə tənqid edirəm, göz önündədir. Tənqidi fikirlərimin əsasındakı səbəbləri bilmək üçün mənim çıxışlarımda, yazılarımdakı gerçəkliklərə baxmaq və ya AYB rəhbərliyində Anarın fəaliyyətini doğru - dürüst şəkildə təhlil etmək kifayətdir. 

Daha sonra Qabil fikirlərinin digər bir hissəsində isə qeyd edir ki, “bir zamanlar Emilə AYB-nin üzvlük vəsiqəsini Rəşad Məcid təqdim etmişdi”. Bu fikir də kökündən yanlış fikirdir. Əvvəla, onu qeyd edim ki, hələ illər öncə AYB-yə üzv olan şəxsə üzvlük vəsiqəsini hər hansısa tədbir müstəvisində Rəşad Məcidin təqdim etməsi Birliyin gənclərlə iş üzrə katibi olaraq onun birbaşa vəzifə borcu idi. Burada qeyri – adi heç nə yoxdur. Amma mənim üzvlük məsələmdə isə heç bu hal da olmadı. Bu məqamda istərdim yaxın keçmişə qısaca nəzər salaq:

 Demək, 2015- ci ilin elə bu ayları olardı, Azərbaycan Yazıçılar Birliyinidəki prosesləri, xüsusən də Anarın iş prinsipini mətbuatda kəskin tənqid etmişdim. Hələ onda Birliyin üzvü də deyildim. Mənim məlum tənqidi çıxışımdan sonra Rəşad Məcid Anarın mövqeyinə kürək söykəyib, diktator reaksiyası ilə mənə qarşı əks mövqedə dayandı... Elə həmin günlərin birində AYB-yə üzv olmaq üçün tələb olunan sənədləri Birliyin Qəbul Komissiyasına təqdim etdim. Və bir müddət sonra qəbul olunan üzvlərin sırasında adımı bir yazıdan oxudum. Vəsiqəni isə AYB-nin həmin Qəbul Komissiyasından əldə etdim. Sadəcə bu qədər. Yeri gəlmişkən bildirim ki, AYB-yə üzvlük təkcə Rəşad Məcidin rəyindən asılı olsaydı heç şübhəsiz ki, mənim üzv olmağıma birmənalı şəkildə imkan verməzdi. Hər kəsə bəllidir ki, üzv qəbulu məsələsi iclas zamanı bir şəxsin rəyindən asılı olmur.

E.Rasimoğlu gənclərə verilən Prezident təqaüdünü onların boynuna yük kimi qoyulmasını əsassız hesab edib:

“Qabil Ədalətin vurğuladığı Prezident təqaüdü məsələsinə gəldikdə isə mütləq şəkildə deyim ki, bir istedad sahibini Prezident təqaüdünə layiq görmək, eləcə də hər hansısa mükafatla təltif etmək bu sahədə öhdəliyi olan bütün səlahiyyətli şəxslərin, həmçinin də Yazıçılar Birliyi rəhbərliyinin müzakirəsiz borcudur.

Qabil Ədalət və onun kimi düşünənlər bilməlidir ki, bir istedadlı şəxsə verilən hər hansısa mükafat, o mükafatın fonundakı dəyər həmin istedad sahibinin üzərinə qoyulan borc haqqı deyil. Ümumiyyətlə müti psixologiyasından uzaqlaşmaq, əl çəkmək lazımdır”.

Qeyd edək ki, gənc şair Qabil Ədalət  müsahibəsində “Bəzi gənclər var ki, onları qınayıram. Məsələn, Emil Rasimoğlunun hərəkətləri qətiyyən bəyənilən deyil. Münasibətmiz var, ancaq mövqeyinə qarşıyam. Emil ədəbiyytda elə bir mərhələdə deyil ki, Anarı, Rəşad Məcidi tənqid etsin. Bilmirəm bunu niyə edir. Onun bu addımı gündəmdə qalmaq üçündür, yoxsa hikkədir? Səbəbi hər nə olursa olsun, onun bu addımına qətiyyən haqq vermirəm. Axı bir zamanlar Emilə AYB-nin üzvlük vəsiqəsini Rəşad Məcid təqdim etmişdi və Emil də gənc yazar kimi “prezident təqaüdü”nə layiq görülmüşdü. Onun təqaüdə layiq görülməsini təsdiqləyən insanlardan biri də Rəşad Məcid idi. Adam bunları unutmaz axı” söyləyib.

Əntiqə Kərimzadə
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://adalet.az
archiveBu xəbər 30 Oktyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri