Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Qabil Ədalət: “Özümüzü təbliğ etməyi bacarmırıq” MÜSAHİBƏ

Qabil Ədalət: “Özümüzü təbliğ etməyi bacarmırıq” MÜSAHİBƏ

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ömrünü SÖZə həsr edənləri həmişə fədakar adlandırmışam. Axı onlar Allahın bəxş etdiyi o gözəl neməti- ömrü məhz SÖZ yolunda xərcləyirlər. SÖZ  elə ali məqamdır ki, hər kəs orada səni anlamaya bilər, dinləməyə bilər. Elə SÖZün aliliyi də budur ki, onu hər adam rahatlıqla dərk etmir. Ancaq şairlər həmin sözlərə ədəbi məna yükləyərək oxucuya sevdirməyi bacarırlar. Ömrünü SÖZə həsr edən gənc yazarlardan biri prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra  vətənpərvərlik mövzusunda uğurlu layihələrin müəllifi Qabil Ədalət də bu yolun enişindən- yoxuşundan danışıb: 

-İllər əvvəl ədəbi mühitdə  tez-tez görünürdünüz. Müəllifi olduğunuz layihələr həmişə diqqət çəkirdi. İndi isə həmin aktivliyiniz yoxdur. Səbəb nədir?

-İllər əvvəl bu qədər qayğılarım yox idi. Subay idim, üzərimdə heç kəsin müəsuliyyəti yox idi. Rahatlıqla özümü yaradıcılığa həsr edirdim. Azərbaycan Gənclər Fondundan layihələr götürüb, onların üzərində işləyirdim. Onunla da müəyyən uğurlar əldə edirdim. Ancaq indi hər şey dəyişib. Sosial qayğılar bəzən  ədəbi yaradıcılığı üstələyir. Nə qədər kobud səslənsə də düşünürəm ki, bu, normal haldır. Çoxumuza bəllidir ki, yaradıclılq sahəsində gəlir çox az olur. Fərqanə Mehdiyeva həmişə deyirdi ki, ədəbiyyatın çörəyi yoxdur. 
Ancaq ədəbiyyat, ədəbi mühit mənə gözəl dostlar qazandırdı.

-Sosial qayğılar sizi ədəbiyyatdan nə qədər kənara atsa da, fürsət tapan kimi yazırsınız...

-Heç şübhəsiz ki, elədir. Daha çox vətənpərvərlik mövzusunda yazıram. Layihələrimin çoxu da bu mövzu ilə bağlıdır. Bilirsiniz, yaradıcılıq da bir övladdır. Əgər sən ona diqqət ayırırsansa, qayğı göstərirsənə əlbəttə, o da bir mənəvi övladdır. Mərhum millət vəkilimiz Qənirə Paşayevaya dedim ki, yaradıclıq 3-cü övladımdır. O mənə dedi ki, inan ki, yaradıcılıq daxilinizdə sizin ilk övladınızdır. Ancaq məişət qayğılarından qopa bilmirsiniz. Bu da normal haldır. 

-Görünən odur ki, ədəbi mühitdən uzaqlaşmısınız. Kimləri oxuyursunuz? Kimin fikirləri sizə maraqlı gəlir? 

-Əslində ədəbi mühitin böyük bir hissəsini sosial şəbəkədə izləyirəm. Məlumdur ki, indi internet dövrüdür. 

Sosial şəbəkə kitabı üstələyib. Hər kəs öz yaradıcılıq nümunəsini sosial şəbəkə hesabından izləyiciyə təqdim edir. Artıq insanlar kitab oxumağı əziyyət hesab edirlər. 

Yaradıcılığın bəyəndiklərim də olur, bəyənmədiklərim də. Ancaq bunun şəxsi münaisbətimizə qətiyyən təsiri olmur. 

Onu da qeyd edim ki, baxmayaraq ki, ədəbi mühitdən uzaqlaşmışdım, ancaq keçən il şəhid Vüsal Muradova həsr etdiyim “Vüsal gecəsi” adlı layihəm çox danışıldı. Həm layihənin rəhbəri idim, həm də şəhidin obrazını canlandırırdım. Onun geyimi ilə səhnəyə çıxdım. Düşünürəm ki, bu bir ilk idi.

Dediyim kimi yenə də vətənpərvərlik mövzusu məni özünə çəkdi.

Bu layihələrin davamı gələcək. Hətta bir şəhid haqqında tamaşa hazırlayıram. Ssenari müəllifi mənəm. Teatrların birində səhnələşdiriləcək. 

-Nədənsə artıq uzun mətnlər oxunmur...

-İnsanların sanki buna səbri çatmır. Bəzən insanların səhhəti yol vermir, bəzən də sosial qayğılar... Ona görə də heç kəs uzun mətnlərə zaman ayırmaq istəmir. 

Ətrafımızda hər şey o qədər sürətli dəyişir ki, insan bəzən labrintə düşür.

- Başqa bir peşə ilə məşğul olub yaradıcılığı bir tərəfdə saxlamaq çətin olur?

-Əlbəttə, hətta çörəkpulu üçün getdiyin işdən bezirsən. Çünki sən həmin işi sevmirsən, sadəcə məcburiyyətdən edirsən. Maddi ehtiyaclarının ödənməsi üçün edirsən. Bu da adamı çox yorur. İnsan sevmədiyi işlə məşğul olanda  yorulur.  Gözəl bir deyim var: elə peşə seçmək gərəkdir ki, ömür boyu işləmək məcburiyyətində qalmayasan.  Mən layihələr üzərində çalışanda demək olar ki, gün ərzində çox yerə gedirdim, hətta rayonlara belə gün ərzində gedib- gəlirdim. Ancaq yorulmurdum, çünki öz işimi sevirdim. İndi çalışdığım iş fiziki cəhətdən məni yormur. Ancaq mənən çox yoruluram. 

-Ssenari yazmaq, daha çox layihələr üzərində çalışmaq sizi poeziyadan uzaqlaşdırır?

-Daha çox mahnı mətnləri yazmağa üstünlük verirəm. Mahnı mətnlərimin də 90%-i vətənpərvərliklə bağlıdır. Bilmirəm bu nədən irəli gəlir, daxilimdəki vətənpərvərliyin hədsiz-hüdudsuz olmağı mənə qürur verir. Çox yəqin ki, bu da qarabağlı olmağımla bağlıdır. 

-Mahnı mətnləri sizə daha çox uğur gətirdi yoxsa şeirlər?

-Mahnı mətnlərindən sonra televiziyalar məni efirə dəvət etdilər. Efir vasitəsiylə daha çox cəmiyyətə nəğməkar şair kimi təqdim olundum.  Təbii ki, şeir yazmaq da mənə uğur gətirib. Yazdığım ciddi şeirlərin sayəsində 2015-ci ildə AYB-yə üzv oldum. Bir gənc yazar kimi “Prezident təqaüdü”nə layiq görülmək mənim üçün uğur demək idi.  Şeirlərimin bir çoxu  ard-arda dövrü mətbuatda dərc olunub. 

-Ədəbi mühitdə nə çatmır? 

-Yetərincə istedadlı gənclərimiz var. Müasir düşüncəli yazarlarımız çoxdur. Əlbəttə, bu sevindirici haldır. Düşünürəm ki, mətbuat da onları diqqətdən kənarda saxlamır. Yetrincə dərc olunurlar. Yaradıcılıqları müsbət mənada müzakirə obyektinə çevrilə bilir. Məncə, ədəbiyyatın çörəyi olsaydı, daha çox gənclər bu sahədə irəliləyərdi.  Belə olan halda daha çox istedad üzə çıxardı. Bunların hamısı isə ədəbiyyata xidmət edir. 

Bəzi gənclər var ki, onları qınayıram. Məsələn, Emil Rasimoğlunun hərəkətləri qətiyyən bəyənilən deyil. Münasibətmiz var, ancaq mövqeyinə qarşıyam. Emil ədəbiyytda elə bir mərhələdə deyil ki, Anarı, Rəşad Məcidi tənqid etsin. Bilmirəm bunu niyə edir. Onun bu addımı gündəmdə qalmaq üçündür, yoxsa hikkədir? Səbəbi hər nə olursa olsun, onun bu addımına qətiyyən haqq vermirəm. Axı bir zamanlar Emilə AYB-nin üzvlük vəsiqəsini Rəşad Məcid təqdim etmişdi və Emil də gənc yazar kimi “prezident təqaüdü”nə layiq görülmüşdü. Onun təqaüdə layiq görülməsini təsdiqləyən insanlardan biri də Rəşad Məcid idi. Adam bunları unutmaz axı. 

-Kitab satışının zəif olmağında nəşriyyatı günahlandırmaq olar?

-Birmənalı şəkildə xeyr. Hər kəsin oxucu kütləsi olmalıdır. Əgər mənim oxucu kütləm yoxdursa, şair və ya yazıçı kimi sevilmirəmsə, niyə  nəşriyyatı günahlandırmalıyam? Əgər şarin şeirləri sevilmirsə, ən yaxşı nəşriyyat belə ona kömək edə bilməz. 

Məsələn, Ramiz Rövşəni hansı nəşriyyatda çap etsələr o kitabın satışı çox yaxşı olacaq. Çünki o şairin sevənləri çoxdur, oxucu kütləsi var. 
Birdə təbliğat önəmlidir. Biz özümüzü təbliğ edə bilmirik. Əsas şərtlərdən biri də təbliğatdır.  Bir neçə şair tanıyıram ki, çox tədbirlərdə iştirak edə- edə toylara yol tapdı. Toy şairi oldu. Onun da üslubu odur. Ciddi yazar ki, fəaliyyət göstərməyi seçmir. Bu isə sosial qayğılara bağlıdır. 

Mən də bəzən toylara dəvət alıram, amma hələ ki, özümü orda görmürəm. Ciddi mətnlərimi heç vaxt toy ab-havasına qurban verməmişəm.
Mənə bayağı mahnılar təqdim ediblər ki, mahnı mətni yazım. Müğənniyə görə imtina etmişəm.  Çünki həmin müğənninin ciddi sənəti olmadığını bilmişəm. İndiyə kimi yazdığım mahnı mətnlərini sənətkarlar oxuyub. 

Hətta ekspert kimi sosial verilişlərə də dəvət alıram. Sadəcə qalmaqaldan uzaq adamam. Ona görə dəvətlərini qəbul etmirəm. 

-Sizcə ədəbiyyatda bütün problemlərin həlli ədəbi tənqiddir?

-Xeyr, qətiyyən. İndi yazarların bir çoxu tənqidin nə olduğunu bilmir. Normal olaraq tənqid etmək qaydasını bilmirlər. Bəzən də  “qapı döymək” yolunu seçirlər. Heç vaxt qapı döymədim. Əgər qapı döysəydim, ilk növbədə  millət vəkili Aqil Abbasa yaxınlaşardım ki, Aqil müəllim, biz həm yerliyik, həm də qohumluq əlaqəmiz var. Bunu heç vaxt etmədim. 

-Qabil Ədalət üçün ədəbiyyat nə deməkdir?

-Deyərdim həyat tərzimdir, yaşam tərzimdir. Necə adlandırsaq olar. Bəzən sirdaşım olur, bəzən küsüb- incidiyim yer olur. Axı insan umduğu yerdən küsür. Mən də hər hissi ədəbiyyatdan umuram. Ruhumun aynasıdır. 

Əntiqə Kərimzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri