Icma.az
close
up
RU
Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqlərinə başlanılıb FOTO

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqlərinə başlanılıb FOTO

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən Tribunainfo.az-a verilən məlumata görə Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” pyesi əsaasında Dilsuz Mustafayevin səhnə redaktəsi ilə hazırlanan “Hacı Qara” tamaşasının oxunuş məşqlərinə başlanılıb.

İkihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Şövqi Hüseynov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Firudin Allahverdi, rejissor assisenti Sona Məhərrəmovadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Tamaşada Hacı Qaradan sonra ikinci əsas surət Heydər bəydir. İflasa uğramış Heydər bəy toy xərci əldə etmək üçün Hacı Qara ilə birlikdə Təbrizə qaçaq mal alverinə getməsi və bu səfər zamanı 19-cu əsrin ortalarında baş vermiş əhvalatlardan bəhs olunur. Heydər bəy lovğa, quru bəy olsa da, o, mərd və cəsarətlidir.

Səhnə əsərində Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Şövqi Hüseynov, Gülər Nəbiyeva, Elnur Hüseynov, aktyorlar Anar Seyfullayev, Ədalət Əbdülsəməd, Ramil Məmmədov, Kərəm Hadızadə, Rəşad Səfərov, Elşəm Hacıbabayev, Natiq Fərzəliyev, Şəbnəm Hüseynova, Hüsniyyə Əhmədov, Nurlan Süleymanlı, Hilal Dəmirov, Xaliq Bəkirov, Gülbəniz Lətifova, Venera Abbasova, Yusif Dadaşov, Tahir İsmayılov, Aydın Dəmirov iştirak edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see227

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see181

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see150

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see147

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see145

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see142

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see140

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see136

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see135

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see131

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see126

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see125

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see124

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see120

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see120

COP29 Prezidenti: Süni intellekt dövründə iqlimlə mübarizədə yeni texnologiyalardan istifadə vacibdir

01 Oktyabr 2025 21:16see118

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri