Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqləri başlanılıb
Icma.az, Tribuna portalına istinadən məlumat yayır.
Teatrın mətbuat xidmətindən Tribunainfo.az-a verilən məlumata görə böyük dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi əsasında müasir səhnə variantında hazırlanan tamaşanın quruluşçu rejissoru Səbinə Məmmədzadədir.
“Artstudiya” teatr studiyasında məşqləri başlanan tamaşanın bədii rəhbəri Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamları Elmira Üzeyirova, Təhminə Sadıqova, bəstəkarı Emil Elmanoğludur.
Tamaşada Əməkdar artist Leyli Vəliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Aygün Fətullayeva və Ümman Budaqov iştirak edirlər.
Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı Gülnisənin, bacısı Saranın ona qarşı olan amansızlığından, ögey münasibətindən bəhs edir. Şəxsi maraqları naminə əmisioğlu Bəhram tərəfindən atılan Saranın gələcəyə dair ən gözəl ümidləri də puça çıxır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 Fevral 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















