Icma.az
close
up
RU
“Gənc turizm liderləri 2” düşərgəsi təşkil olunub

“Gənc turizm liderləri 2” düşərgəsi təşkil olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 iyun, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin dəstəyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tərəfdaşlığı ilə Quba şəhərində “Gənc turizm liderləri–2” düşərgəsi təşkil olunub.

Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Açılış mərasimində Azərbaycan Turizm və Menecment Universitetinin, Gənclər və İdman Nazirliyinin və Dövlət Turizm Agentliyinin nümayəndələri çıxış edərək turizm sahəsində gənclərin fəal iştirakından və onların gələcəkdə milli turizm siyasətində oynayacaqları roldan danışıblar.

ATMU-nun təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı bildirib ki, bu layihə ölkəmizin turizm sənayesinin inkişaf etdirilməsi, turizm siyasətinin həyata keçirilməsi, turizm potensialının xarici bazarlarda tanıdılması baxımından genişmiqyaslı işlər görmək üçün tələbələrə dəstək xarakteri daşıyır.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Əli İsgəndərli çıxış edərək, ölkəmizdə turizm sahəsinə töhfə olaraq keçirilən və gənc turizmçilərə dəstək məqsədi daşıyan bu cür layihələrin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova tələbələri belə layihələrdən faydalanmağa çağırıb.

Üç gün davam edən düşərgənin əsas məqsədi “Əylənərək öyrənirik” metodu əsasında gənclərin turizm sahəsində bilik və bacarıqlarının qeyri-formal təhsil alətləri vasitəsilə inkişaf etdirilməsi olub. Eyni zamanda, tədbir iştirakçılarda innovativ düşüncə tərzinin formalaşmasına və liderlik keyfiyyətlərinin güclənməsinə xidmət edib.

Düşərgə çərçivəsində gənclərə ölkəmizin turizm sektorunda onların rolunun əhəmiyyəti aşılanıb. Bildirilib ki, bu cür təşəbbüslər gənc turizmçilərin gələcək karyera yollarında stimul rolunu oynayır və onların peşəkar inkişafına töhfə verir.

Qeyd edək ki, düşərgənin planına şəhər turu, master-klaslar, idman oyunları, təlimlər və sair daxil olub. ATMU-nun tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Qubadakı Qırmızı qəsəbədə ekskursiyada olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri