Gənc bioloqlar üçün yay təlim düşərgəsi təşkil olunub
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Biologiya fənni üzrə olimpiadalara hazırlaşan şagirdlər üçün yay təlim düşərgəsi təşkil edilib.
525.az-a Təhsil İnstitutundan bildirilib ki, düşərgə biologiya üzrə beynəlxalq olimpiada komandasının rəhbəri və təcrübəli mentor Elxan Tahirovun, həmçinin beynəlxalq olimpiadaların keçmiş qalibləri Kənan Orucəliyev, Mətin Muradlı, Məmmədəmin Səlimli və Əhməd Əhmədlinin rəhbərliyi ilə keçirilir.
Təlim düşərgəsinin əsas məqsədi şagirdlərin biologiya sahəsində nəzəri biliklərini möhkəmləndirmək, praktiki bacarıqlarını inkişaf etdirmək və onları beynəlxalq olimpiadalara daha səmərəli hazırlamaqdır.
Proqram çərçivəsində iştirakçılar üçün nəzəri və praktiki məşğələlər təşkil olunur. Dərslərdə biologiyanın müxtəlif istiqamətləri üzrə mövzular tədris edilir, laboratoriya şəraitində təcrübələr aparılır, şagirdlər elmi-tədqiqat fəaliyyətinin əsasları ilə tanış olurlar.
Laboratoriya məşğələləri iştirakçıların eksperimental bacarıqlarının formalaşdırılmasına, müşahidə və analiz vərdişlərinin inkişaf etdirilməsinə xidmət edir. Bu hazırlıq beynəlxalq biologiya olimpiadalarında tələb olunan nəzəri və praktiki biliklərin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 02 İyul 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















