Icma.az
close
up
RU
Gəncə Avtomobil Zavodu yerli istehsalın inkişafı istiqamətində vacib addım atıb FOTO/VİDEO

Gəncə Avtomobil Zavodu yerli istehsalın inkişafı istiqamətində vacib addım atıb FOTO/VİDEO

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın avtomobil sənayesində flaqmanlardan olan Gəncə avtomobil zavodu İstehsalat Birliyi artıq 20 ildən artıqdır ki, ölkənin istehsal sahəsində yeniliklərə imza atmaqda davam edir.

Zavoddan Marja.az-a verilən məlumatda bildirilir ki, 2025-ci ilin iyun ayından etibarən zavodda kommunal texnikaların konteynerlərinin yığımını100 faiz yerli istehsal olaraq reallaşdırılmağa start verib. Belə ki, sifarişə uyğun olaraq istənilən avtomobilin bazasında müəssisədə istəkdən asılı olaraq istənilən kubametr tutumlu kommunal maşınların yığımı həyata keçirilir.

Qeyd edilib ki, bu günədək Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişinə uyğun olaraq KAMAZ-ın bazasında 45 ədəd 20 kubmetr tutumlu kommunal maşınları yığılaraq təhvil verilib. Kommunal avtomobillərin konteynerləri baza hissəsindən rənglənməyə qədər müəssisədə yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Bu da onu deməyə əsas verir ki, Gəncə avtomobil zavodu istehsalat birliyində artıq texnikaların yığılması ilə yanaşı yerli istehsal sahələri də inkişf etdirilir. Bunun üçün müəssisədə ən son texnologiyalardan olar plazma və kəsmə avadanlıqları, əymə və müxtılif dəzgahlar, müasir qaynaq və  digər lazımi avadanlıqlar quraşdırılıb. 

Fəaliyyətini 2004-cü ilin dekabrın 24-də bərpa edən müəssisə bu müddər ərzində minlərlə müxtəlif modeldə və modifikasiyada avtomobillərin və kənd təsərrüfatı texnikalarının, avtobus və müasir elektrobusların, kombaynların yığımını həyata keçirib. Hazırda zavodda sifarişlərə uyğun olaraq müxtəlif modeldə və modifikasiyada kənd təsərrüfatı texnikalarının, traktorların yığımı aparılır. Təkcə bu rəqəmi demək kifayətdir ki, Azərbaycanda 14 300-dən çox Gəncə avtomobil zavodunun istehsal etdiyi traktorlar ölkənin kənd təsəsrrüfatı sahəsində vətəndaşlara xidmət edir. Hazırda sifarişlərə uyğun müəssisədə Belarusun MTZ və Almaniyanın Deutz-Fahr traktorlarının müxtəlif modellərinin yığımı davam etdirilir. 

Traktor və avtomobillərlə, avtobuslarla yanaşı müəssisədə son illərdə kombaynların və elektrobusların yığımı da reallaşdırılıb. Azərbaycanda ilk dəfə 2019-cu ildə Gəncə Avtomobil Zavodu İB və Belarusun “Belkommunaş” ASC arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində “E-321” markalı elektrobusların yığımına başlanıldı. Çox fərəhləndirici haldır ki, müəssisədə yığılan 4 elektrobus hazırda işğaldan azad edilən torpaqlarımızda, Şuşada xidmət göstərir. Bu müddətdə 6 avtobus, 113 kombayn, 900-ə yaxın trakror qoşquları, 300-dən çox MAZ qoşquları, 3500-ə yaxın asma avadanlıqlar yığılaraq təhvil verilib. 

Gəncə avtomobil zavodunda müxtəlif modifikasiyada olan avtomobillərin bazasında xüsusi təyinatlı texnikaların yığımı da həyata keçirilib. Bu günədək müəssisədə 1500-dən çox KAMAZ, 3000-ə yaxın MAZ, 700-ə yaxın URAL iri tonnajlı avtomobillər konveyerdən çıxıb. 

Zavod sifarişə uyğun olaraq lazım olan model yük avtomobilllərin bazalarında müxtəlif tutumlu kommunal maşınlarının yığımını da reallaşdırır. Ötən müddətdə zavod Minsk Avtomobil Zavodu və Almaniyanın Hallaer şirkəti ilə bağladığı müqaviləyə əsasən 60 ədəd 16 və 22 kubmetr tutumlu kommunal avtomibilləri yığaraq istifadəyə verib. 

Gəncə Avtomobil Zavodu İstehslat Birliyi fəaliyyət dairəsini genişləndirərək Fövqəladə Hallar Nazirliyini sifarişi əsasında “Minsk Avtomobil Zavodu” ASC (MAZ) və “Pojsnab” MMC arasında yanğınsöndürmə texnikasının Azərbaycanda istehsalının təşkilinə dair üçtərəfli müqavilə imzaladı və bu günədək 15 belə texnikanın yığımını reallaşdırıb. Bu günlərdə Azərbaycanın Baş Naziri Əli Əsədovun Belarusa rəsmi səfəri zamanı Baş naziri Aleksandr Turçinlə görüşünün nəticəsi olaraq Minskdə Belarusun kommunal və yanğınsöndürmə texnikalarının Azərbaycana tədarükü ilə bağlı yeni müqavilə imzalanıb. Sənədə əsasən Minsk Avtomobil Zavodu, “POZHSNAB” MMC və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Azərbaycana 80 MAZ markalı kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair üçtərəfli razılığa gəliblər. Razılaşmaya görə MAZ-ın bazasında kommunal texnikaların konteynerlərinin yığımı yenə də 100 faiz yerli istehsal olaraq Gəncə avtomobil zavodunda həyata keçiriləcək. 

Əlavə edilib ki, 2004-cü ildə cənab Prezident İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə fəaliyyətini bərpa edən Gəncə avtomobil zavodu İstehsalat Birliyi ölkə başçısının yeli istehsalın inkişaf etdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq müəssisədə yeni sahələrin yaradılması istiqaməində işləri gücləndirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://marja.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri