Icma.az
close
up
RU
Gəncə avtomobil zavodu İBdə Zəfər günü qeyd olundu

Gəncə avtomobil zavodu İBdə Zəfər günü qeyd olundu

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə avtomobil zavodu İstehsalat Birliyində Azərbaycan tarixinə qızıl hərflərlə yazılan və ölkəmizin parlaq qələbəsi ilə nəticələnən 2-ci Qarabağ müharibəsində ermənilərin kapitulyasiya aktına qol çəkərək öz məğlubiyyətlərini elan etdiyi gün – 8 Noyabr Zəfər günü ilə əlaqədar yığıncaq keçirilib.


Missiya.Az xəbər verir ki, tədbirdə müəssisənin rəhbərliyi ilə yanaşı bu qələbədə birbaşa pay sahibi olan, həmin çətin dəqiqələrdə öz vətəndaşlıq borclarını şərəflə yerinə yetirmək üçün ordu sıralarına yollanan əməkdaşlar, həmçinin müəssisənin 1-ci Qarabağ savaşında döyüşmüş müəssisənin işçiləri iştirak edirdi. 

Tədbir Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başladı. 

Birliyin direktoru Amin Əliyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun sona qədər qəhrəmancasına mübarizə apararaq torpaqlarımızın erməni tapdağından azad olunmasını böyük tarixi hadisə adlandırdı: 

“Bu gün biz hər birimiz 3000-ə yaxın şəhid versək çox qürurluyuq. Nəhayət ki, 30 il sonra ölkə başçımızın apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz dədə baba torpaqlarını azad etdi. Burada oturan hər biriniz göz qırpmadan, çəkinmədən Vətənin müdafiəsi və torpaqların ermənilərdən təmizlənməsi üçün Ali Baş Komandanın savaş çağırışına qoşuldunuz. Siz səngərlərdə, sizin iş yoldaşlarınız isə burada arxa cəbhədə gecə gündüz qələbəmizin qazanılması üçün var gücümüzlə çalışdıq. Zavodumuzun kollektivi müharibə başlanan gündən şəhərimizin ermənilər tərəfindən bombalanmasına, atəşə məruz qoymasına baxmayaraq 3 növbədə fəaliyyətini davam etdirdi və ordu üçün, hərbimiz üşün əlim izdən gələn köməkliyi etdi və bununla qürur duyuruq” - deyə A.Əliyev əlavə edib. 

Sonra çıxış edən müəssisənin direktor müavini Bağban Nəbiyev 4 il bundan qabaq xalqımızın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək torpaqların azad olunması uğrunda qalxdıqları haqq savaşından, müharibənin ən ağır günlərində ordu-xalq vəhdətindən, həmin şərəfi günlərdə istər hərbiçilərimizin, istərsə də arxa cəbhədə qorxmadan, çəkinmədən gecə gündüz çalışan insanların mərdliyindən, rəşadətindən danışdı. Müəssisənin direktor müavini Etibar Qasımov vurğuladı ki, həmin günlərdə Gəncə və digər şəhər və rayonlarımız, dinc əhali ermənilər tərəfindən dəfələrlə bomda və raket zərbələrinə məruz qalsa da heç kimin əzmi qırılmadı, hər kəs öz bacarığı və qabiliyyətinə uyğun cəbhəyə, müharibəyə dəstək göstərdi. Gəncə avtomobil zavodu İB-də rəhbərlik başda olmaqla bütün kollektiv əl-ələ verərək öz vəzifə borclarını yerinə yetirdi. 

Tədbirdə çıxış edən 1-ci Qarabağ müharibəsi iştirakçısı, Gəncə avtomobil zavodu İB-nın direktor müavini Qafur Əhədli bütün qazilər və veteranlar, o cümlədən də müharibə iştirakçiları adından müəssisə rəhbərliyinə diqqət və qayğıya görə minnətdarlığını bildirdi. O əlavə etdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz günü gündən inkişaf edib, yerli hərbi mütəxəssislər yetişdirilib, müasir müharibə metodlarını mənimsəyən hərbiçilərimizin bilik və bacarıqları, əsgər və zabitlərimizin mərdliyi və torpaqlarımızı azad etmək istəyi nəticəsində, bütün xalqımız “DƏMİR YUMRUQ” ətrafına birləşərək düşmənin başını əzib. 

Birliyin baş mühəndisi, 1-ci Qarabağ veteranı Faxrəddin Süleymanov cıxış edərək 44 günlük müharibədə müasir silahlarla və hərbi texnika ilə təchiz edilən Azərbaycan ordusunun rəşadətindən danışdı. Onun sözlərinə görə həm 1-ci Qarabağ müharibəsində, həm də 2-ci Qarabağ savaşında Azərbaycan xalqı öz döyüşkənliyini, mübarizliyini bütün dünyaya sübut etdi. 

Birliyin direktoru Amin Əliyev bir daha Zəfər günü münasibətilə veteranları təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi. O, vurğuladı ki, istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsi veteranları, qazilər, şəhid ailələri daim dövlətimizin, prezidentimizin diqqət və qayğısı ilə əhatə olunub. Müəssisəmizin veteranları və qaziləri də daim rəhbərliyin diqqətindədir. Bu böyük sevinci, qüruru xalqımıza bəxş edən insanlar tarixin yaddaşında daim hörmətlə anılacaqlar. 8 Noyabr Zəfər günü münasibətilə birliyin rəhbərliyi tərəfindən müəssisənin bütün qaziləri, veteranlari və müharibə iştirakçiları mükafatlandırılıb. 

Sonda veteranlar və qazilərlə xatirə şəkili çəkildi.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://missiya.az
archiveBu xəbər 06 Noyabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri