“Gəncə” basketbol klubu “Neftçi”dən Fikrət Ələkbərovu transfer edib
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Gəncə” basketbol klubu yerli oyunçularla heyətini gücləndirməyə davam edir.
İdman.Biz xəbər verir ki, bölgə təmsilçisi ötən mövsümü “Neftçi”də keçirən Fikrət Ələkbərovu transfer edib.
22 yaşlı basketbolçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Ələkbərov ötən mövsüm “Neftçi”nin heyətində FIBA Avropa Kubokunda da çıxış edib. O, bundan əvvəl “Quba”da oynayıb və Azərbaycanın U-20 millisinin formasını geyinib.
Qeyd edək ki, Fikrət Ələkbərov “Gəncə”nin yeni mövsüm üçün heyətinə cəlb etdiyi növbəti yerli basketbolçudur. Bundan əvvəl Əlibəy Məmmədli ilə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb.
Baxış sayı:131
Bu xəbər 06 Avqust 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















