Gəncə: “Bilimdən Zəfərə”
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Gəncə şəhərində “YAŞAT” Fondunun, “ASAN xidmət”in, “İnnovasiyalar Mərkəzi”nin, “Bilim Bakı” Mərkəzinin birgə təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin, Göygöl Rayon İcra Hakimiyyətinin, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə “Bilimdən Zəfərə” adlı layihə həyata keçirilib.
Layihə Gəncə şəhəri, Göygöl, Daşkəsən və Samux rayonlarından olan 6-14 yaş arasındakı 90-dan çox şəhid övladını əhatə edib.
İştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin maarifləndirici, intellektual oyunlar reallaşdırılıb, “Bilim şou” nümayiş etdirilib.
Məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmələrinə imkan yaratmaqdır. Eləcə də onların istirahət günlərinin səmərəli təşkili və dostluq əlaqələrinin möhkəmləndirilməsi əsas hədəflərdəndir.
Sonda layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq maarifləndirici layihələrin icrası reallaşdırılır. Layihənin media dəstəyi “ASAN TV” və “ASAN Radio”dur.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 29 May 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















