Icma.az
close
up
RU
Dirçəlişdən Zəfərə

Dirçəlişdən Zəfərə

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

36 il bundan əvvəl Azərbaycan xalqı Bakının Azadlıq meydanına toplaşaraq öz haqq səsini dünyaya çatdırdı

17 noyabr Azərbaycan xalqının tarixində əlamətdar günlərdən biridir. Məhz bu gün xalq ilk dəfə olaraq birləşmək və öz etirazını bildirmək üçün Azadlıq meydanını seçdi.

Bakının ayrı-ayrı yerlərindən, öndə tələbələr olmaqla əhali Azadlıq meydanına axışır, sovet rəhbərliyinə etirazlarını ifadə edirdilər. Azadlıq meydanına toplaşan əhali bir tərəfdən Sovet hakimiyyətinin ədalətsiz siyasətini pisləyir, digər tərəfdən isə ermənilərin Azərbaycana qarşı ərazi iddialarını rədd edirdilər.

Meydan hərəkatının təşkilatçıları xalqın aşağıdakı tələblərini irəli sürdülər:

1. Azərbaycan hökuməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Televiziya birbaşa canlı yayımla verəcək ki, Topxanada nə işlər görülür.

2. Ağdam şəhərində qadağa saatı 24 saata ləğv edilməlidir.

3. Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılmalıdır. Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa olunmalıdır.

4. Noyabrda açılan sessiyada iştirak edəcək SSRİ Ali Sovetinin 63 deputatı bu haqda məlumat verməlidir. Əks halda onların Azərbaycana qayıtması məqsədəuyğun deyil.

5. Burada oturub gecələmək şərtilə 24 saata şərtimizə əməl olunmasa nümayiş qeyri-müəyyən vaxtadək uzanacaq.

1988-ci il noyabrın 17-dən xalq Azadlıq meydanından illərlə ürəyində saxladığı həqiqətləri püskürdü. Hərəkat dekabrın 5-nə kimi davam etdi.

70 illik sovet dönəmində Zəngəzurun böyük bir hissəsi Azərbaycandan alınıb ermənilərə verildi. Nəticədə Naxçıvanın Azərbaycanın digər rayonları ilə əlaqəsi kəsildi, Qarabağda erməni separatizmini gücləndirmək üçün muxtar qurum yaradıldı. 1948–1953-cü illərdə Qərbi Azərbaycandan on minlərlə azərbaycanlı öz dədə-baba yurdlarından deportasiya edildi.

İndi münaqişənin səbəbi DQMV-nin Azərbaycanın tərkibinə daxil olması faktı ilə izah edilir və bu, “tarixi səhv” kimi qələmə verilir. Ermənistan SSR Elmlər Akademiyasının müxbir üzvü Q. Avetisyan Azərbaycanın hüdudları daxilində Dağlıq Qarabağa muxtariyyət elan edilməsinin “1921-ci ildə Stalinin yol verdiyi “volyuntarizm” kimi səciyyələndirir. Erməni mətbuatında dərc olunan yazılarda DQMV məsələsinin həllində Stalinin “xüsusi” rolunu heç olmasa dolayı şəkildə təsdiq edə bilən bircə fakt da gətirilmir, heç bir sənədin adı çəkilmir, şahid ifadəsi verilmir. Bu məqsədlə hadisələrin ilk dövründəki məqalələrdə müəlliflər aşkar saxtakarlığa əl ataraq, qərarın qəbul edildiyi gün ərəfəsində Stalinin “qəfildən” gəlib çıxdığını və əvvəlki qərarı dəyişdirməyə məcbur etdiyini bildirirdilər. Sonrakı yazılarda onlar özləri də bu yeganə “dəlildən” imtina etməyə məcbur olmuşlar. Hərçənd, Stalinin bu məsələdə xüsusi rolundan yenə də ağızdolusu danışılır. Şübhəsiz, bu, Stalin irsinin ölkədə güclənən tənqidindən onların açıq-aşkar öz xeyirlərinə istifadə etmək ümidi ilə bağlıdır.

“Tarixi səhv” barədə haray-həşir salan bir çox məqalə müəllifləri tarixini saxtalaşdırdıqları Dağlıq Qarabağı “qədim erməni torpağı” kimi təqdim edirlər. Halbuki bütün elmi dəlillərə görə bu, qətiyyən belə deyildir. Şahidlərin iddia etdiyi sənədlər əsasında təsdiq olunmuş fakta görə ermənilərin bu torpağa kütləvi surətdə köçürülməsi əsasən XIX əsrə– Rusiya– İran və Rusiya–Türkiyə müharibələrindən sonrakı dövrə təsadüf edir. Həmin məsələ ilə əlaqədar saysız-hesabsız mənbələr və faktlar vardır. Lakin problemin mahiyyəti heç də bunda deyildir ki, Dağlıq Qarabağ eramızdan əvvəl və ya bizim eranın hansı əsrində kimə məxsus olmuşdur. Bu gün tarixin təkərini geri döndərməyə, qədim və orta əsr sərhədlərini bərpa etməyə heç kəsin haqqı yoxdur.

Sovet dönəmində ermənilər xalqımıza qarşı hər cür böhtanlar yaydığı halda, Azərbaycan tərəfi xalqlar dostluğunu tərənnüm edir, Azərbaycan xalqına düşmən kəsilən Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunasını tərifləyirdi.

Dağlıq Qarabağ hadisələri üçün zəmin “hazırlamış” elə amillər kompleksi vardır ki, onların qarşılıqlı təsiri hadisələrin bu qədər dramatik gərginlik və fövqəladə şəkil almasına gətirib çıxarmışdır. Həmin amillər əsasən aşağıdakılardır:

Ermənistan–Azərbaycan münasibətləri son yüzillikdə o qədər də hamar olmamışdır. Əsrin əvvəllərində–inqilabi yüksəliş dövründə iki xalq arasına dəfələrlə milli nifaq salınaraq, silahlı toqquşmalar törədilmişdir. Minlərlə günahsız adamın bu fitnəkarlığın qurbanı olması, şübhəsiz, xalqların tarixi yaddaşında iz buraxmaya bilməzdi. Türkiyədə baş vermiş hadisələr də erməni ziyalılarının bir qisminin cidd-cəhdi ilə qəsdən Azərbaycan xalqının da ayağına yazılmışdı. Onu da deyək ki, adətən, ermənilər azərbaycanlılarla türkləri eyniləşdirir, onları bir xalq sayırlar. Beləliklə, erməni xalqının təsəvvüründə “düşmən azərbaycanlı” obrazını formalaşdırmaq üçün lazımi bəhanə tapılmış və bu bəhanə beynəlmiləl tərbiyə işinin, millətlərarası münasibətlərin ciddi deformasiyaya uğradığı, ideoloji aşınmaya məruz qaldığı durğunluq illərində erməni xalqının müəyyən hissəsinin beyninə yeridilmişdir. Məhz həmin illərdə nəşr olunan kitab və məqalələrdə Azərbaycan xalqının ünvanına təhqiramiz böhtanlar söylənilirdi. Z. Balayanın bədnam “Ocaq” kitabı bu mənada xüsusilə fərqlənir. XX əsrin əvvəllərində Azərbaycanın dinc əhalisini vəhşicəsinə qırmış cəllad Andraniki bu gün milli qəhrəman kimi qələmə verməyə başlamışlar.

1980-ci illərin sonlarında Sovet dövləti süqut edərkən ermənilərə dəyər verən dünya Azərbaycanın haqqını tanımır və hayların yalançı göz yaşlarına inanırdılar. Erməni lobbisi və erməni diasporu Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün ilk xeyir-duanı sovet rəhbərliyindən aldılar.Halbuki, Azərbaycan hakimiyyəti öz xalqının iradəsinin əksinə olaraq, bütün ümidini Moskvaya bağlayırdı. 17 noyabr bütün xalqı öz ətrafında birləşdirdiyi halda, yerli hakimiyyət nə xalqı, nə də onun tələblərini yaxına buraxmadı. Amma on minlərlə azərbaycanlı daşıdığı vəzifəsindən asılı olmayaraq, Azadlıq meydanına gedir və həmrəylik nümayiş etdirirdi. Ədalət naminə qeyd etmək lazımdır ki, o zaman “Kommunist” qəzetinin əməkdaşları Azərbaycan xalqının iradəsini ətraflı şəkildə işıqlandırmağa müvəffəq olmuşlar.

Hadisələr ərəfəsində mərkəzi mətbuatda regiondakı rüşvətxor bürokratiyanın fəaliyyəti ilə bağlı tənqidi fikirlər söylənmiş, belə adamların adını açıq deməyə cəhdlər göstərilmişdir. Həmin adamlar vəzifə kreslolarını və imtiyazlarını qorumaq, cinayətkar əməllərinə görə qanun qarşısında cavab verməkdən yaxalarını kənara çəkmək üçün öz xalqının milli hissləri ilə oynayırdılar.

Lakin bizdən fərqli olaraq erməni hakimiyyəti və erməni ziyalıları Azərbaycana qarşı ərazi iddiası məsələsində birləşə bildilər.

Çox təəssüf ki, Azərbaycanın milli demokratik ziyalıları Azərbaycan hakimiyyəti tərəfindən müdafiə olunmadı, qəbul edilmədi. Yəni, ədalətsiz erməni tərəfi birləşə bildi, öz haqlarını müdafiə edən Azərbaycan isə daxildən birləşə bilmədi.

17 noyabr xalqımızın tarixində ibrətli bir hadisədir. Çünki xalqımız mənfur düşmənə qarşı birləşməyin yollarını ortaya qoydu. 17 noyabr Azadlıq meydanında milyonların gücünü nümayiş etdirdi. Çox təəssüflər olsun, iqtidar bu gücü özü üçün rəqib gördü. Bütün bunlar keçdiyimiz tarixi yoldur, həm də acı tarixi yol. Bu tarixin nəticəsi olaraq Azərbaycan Birinci Qarabağ müharibəsində məğlubiyyətlə qarşılaşdı, torpaqlarımızın 20 faizi düşmən tərəfindən işğal olundu.

Amma illər keçdi, Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” şəklində birləşdirildi və 44 günlük Vətən müharibəsi və lokal xarakterli anti terror tədbirləri ilə düşməni darmadağın etdi, öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi.

Həmin gündən başlanan Dirçəliş on illər sonra möhtəşəm Zəfərə çevrildi.

Anar İSGƏNDƏROV,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Noyabr 2024 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see399

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see286

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see286

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see280

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see253

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see211

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see210

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see197

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see197

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see196

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see162

Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yol Vüqar Rəhimzadə

04 Oktyabr 2026 10:30see158

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri