Icma.az
close
up
RU
Gəncə Dövlət Universitetində “Qurtuluşdan Zəfərə” FOTO

Gəncə Dövlət Universitetində “Qurtuluşdan Zəfərə” FOTO

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Gəncə Dövlət Universitetində (GDU) 15 iyun – Milli Qurtuluş  Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Milli Qurtuluş  Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən və Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb.  Qeyd edib ki, 1993-cü ildə Azərbaycan yalnız siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhran içərisində idi. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə respublikanın ən çətin vaxtında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.  Ümummilli Lider zəngin dövlətçilik təcrübəsi, siyasi qətiyyəti və sonsuz Vətən sevgisi sayəsində daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısını böyük məharətlə aldı, ölkəmizi parçalanmaq, qardaş qırğını təhlükəsindən xilas etdi, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirdi. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

Tədbirdə Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadənin “Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan”, Ümumi tarix kafedrasının müdiri  Etibar Musayevin “Böyük xilaskarlıq qayıdışı”, Fizika kafedrasının müdiri  Yəhya Namazovun  “Müdrik siyasətin uğurlu nəticələri”, Filologiya fakültəsinin 4-cü kurs tələbəsi Nigar Məmmədlinin “Qurtuluşdan  Zəfərə” mövzularında məruzələri dinlənilib. 

Çıxış edənlər bildirib ki, 2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu Öndərin  xilaskarlıq, qurtuluş, tərəqqi və rifah missiyasını uğurla davam etdirir. Azərbaycan azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi təmin olunmuş, beynəlxalq miqyasda nüfuzu artan qüdrətli ölkədir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda başlatdığı Milli Qurtuluş savaşı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində Qarabağın işğaldan azad olunması ilə özünün zirvəsinə çatdı. Bu gün Üçrəngli bayrağımız bütöv Azərbaycanın hər bir bölgəsində əzəmətlə dalğalanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 İyun 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see331

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see318

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see298

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see292

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see283

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see261

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see259

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see258

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see247

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see241

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see238

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see232

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see231

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see225

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see221

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see218

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see213

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see208

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri