Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Gəncə Dövlət Universitetin elmi praktiki konfrans keçirilib FOTO

Gəncə Dövlət Universitetin elmi praktiki konfrans keçirilib FOTO

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 21-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizdə ekoloji təhlükəsizlik, təbii sərvətlərin mühafizəsi və ətraf mühitə qarşı hüquq pozuntularının qarşısının alınması məqsədilə Gəncə şəhərində “Müasir ekoloji çağırışlar və ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans təşkil edilib.

Modern.az xəbər verir ki, tədbirdən əvvəl Gəncə Memorial Kompleksi ziyarət olunub, şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gül dəstələri düzülüb.

Daha sonra Gəncə Dövlət Universitetinin V tədris binasının iclas zalında ətraf mühitin mühafizəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.   Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Universitetin rektoru Yusif Yusibov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və elmi konfransın dövlətin ekoloji siyasəti, habelə Konstitusiya və Suverenlik İlinin prioritetləri baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Rektor bildirib ki, ətraf mühitin mühafizəsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindən biridir. Ölkəmizdə ekoloji problemlərin həlli məqsədilə ardıcıl olaraq Dövlət proqramları qəbul olunur və icra edilir. Bunun nəticəsidir ki, ekoloji təhlükəsizliyin təmin olunması sahəsində mühüm nailiyyətlər əldə edilib.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev ekoloji təhlükəsizlik və davamlı inkişaf istiqamətində dövlət siyasətinin aktual məqamları, həmçinin müasir çağırışlar barədə çıxış edib.

 Mərkəzin şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli “Konstitusiya və Suverenlik İli” çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmənin əsas istiqamətlərini və ekoloji münasibətlərə konstitusion-hüquqi yanaşmalar barədə məlumat verib.

Gəncə şəhər prokurorunun müavini Nicat Şahverdiyev ekoloji hüquq pozuntularının aşkar edilməsi və cinayət təqibi tədbirlərinin təkmilləşdirilməsi üzrə görülən işləri diqqətə çatdırıb.

Elmi-praktiki konfransda çıxış edən Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov Azərbaycan Prokurorluğunun COP29 və COP30 proseslərində iqlim idarəçiliyi üzrə müzakirələrdə fəal iştirak etdiyini vurğulayaraq ekoloji hüquqpozmalara qarşı mübarizənin effektivliyinin güclü kommunikasiya, media və ali təhsil müəssisələri ilə əməkdaşlıq, habelə müasir monitorinq və məlumatlandırma mexanizmlərinin inkişaf etdirilməsi ilə mümkün olduğunu qeyd edib.

Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Şəbnəm Məmmədova ekoloji hüquq pozuntularına dair mövcud tendensiyalar və nəzarət mexanizmlərindən söz açıb.

Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin prokuroru Tural Mürsəlov sağlam ətraf mühitdə yaşamaq hüququnun insan hüquqları sistemində xüsusi yer tutduğunu qeyd edib.

Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova,  AMEA-nın müxbir üzvü, GDU-nun Botanika kafedrasının müdiri Vaqif Novruzov, GDU-nun Ekologiya və təbiəti mühafizə kafedrasının müəllimi Vüsal Musayev konfransda məruzə ilə çıxışlar ediblər.

Sonda elmi konfransın mövzusu ətrafında geniş müzakirələr aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Noyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see388

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see194

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see133

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see132

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri