Icma.az
close
up
RU
Gəncə Dövlət Universitetində beynəlxalq elmi konfrans keçirilib

Gəncə Dövlət Universitetində beynəlxalq elmi konfrans keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Gəncə, 25 may, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universitetində (GDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Təbiət və sosial elmlər sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, elmi konfrans müasir kimya, biologiya, fizika, aqrar və sosial elmlərin aktual problemlərinə həsr edilib. Mövzu ilə bağlı 500-dən çox məqalə, 5 cilddə kitab nəşr olunub.

Konfransda Gəncə şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər Təşkilatı və Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun rəsmi nümayəndələri, universitet rektorları, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan, Gürcüstan Respublikasının alimləri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri, müəllim və tələbələr iştirak ediblər.

Elmi konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla anılıb. Daha sonra konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib. Ulu Öndərin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov qonaqları salamlayıb, müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən bəhs edib. Rektor bildirib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Ulu Öndərin respublikaya rəhbərliyi dövründə ölkəmizdə digər sahələr kimi ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, ölkəmizin zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılması həmişə prioritet məsələ olmuşdur. Ümummilli Liderin uzaqgörən siyasəti bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə çevrilib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev bildirib ki, bu gün Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas yanaşan ölkələrdəndir. 2024-cü ildə COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən güclü milli elmi kadrların yetişməsinə xüsusi əhəmiyyət verdiyini qeyd edib, bu gün də Prezident İlham Əliyevin ölkəmizin qüdrətinin daha da artırılması üçün neft kapitalının insan kapitalına çevrilməsi strategiyasını uğurla həyata keçdiyini vurğulayıb.

Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun vitse-konsulu Yiğit Yalın Soyal, İzmir Dokuz Eylul Universitetinin prorektoru Dilşen İnce Erdoğan, Qazaxıstan Respublikasının Turan-Astana Univesitetinin professoru Baubekova Gulzamira, Rusiya Federasiyasının Çuvaş Dövlət Universitetinin professoru İvanova Tatyana, Kazan Federal Universitetinin professoru Guzyalya Jevdyateva müzakirə olunan mövzuların aktuallığından danışıb, dinləniləcək elmi məruzələrin mövcud ekoloji problemlərin həllində faydalı olacağını vurğulayıblar.

Elmi konfransda Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasovun və Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzovun qlobal ekoloji problemlər, təmiz ətraf mühit və ekoloji tarazlığın qorunması mövzularında elmi məruzələri dinlənilib.

Beynəlxalq elmi konfrans 16 bölmə iclası ilə davam edib. Konfrans çərçivəsində Gəncə Dövlət Universitetində yerli və Türkiyə universitetlərinin professorları tərəfindən müəllim və tələbələr üçün ustad dərsləri təşkil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2025 04:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri