Gəncə Dövlət Universitetin tələbələri istehsalat təcrübəsində FOTO
Icma.az bildirir, Modern.az portalına istinadən.
Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin Ekologiya və Ekologiya mühəndisliyi ixtisaslarının IV kurs tələbələri Bitki mühafizəsi və Texniki Bitkilər Elmi – Tədqiqat İnstitutunda istehsalat təcrübəsində iştirak edirlər.
Modern.az xəbər verir ki, tələbələr Biotexnologiya və molekulyar diaqnostika laboratoriyalarında biotexnoloji proseslərin aparılması, nümunələrin götürülməsi və analiz edilməsi, həmçinin molekulyar diaqnostika üsullarının tətbiqi üzrə universitetdə əldə etdikləri nəzəri bilikləri daha da möhkəmləndirirlər.
Təcrübə müddətində GDU-nun Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədovanın və kafedranın rəhbər müəllimlərinin, eləcə də Bitki mühafizəsi və Texniki Bitkilər Elmi – Tədqiqat İnstitunun əməkdaşlarının düzgün istiqamət verməsi tələbələrin peşəkar bacarıqlarının formalaşmasında və onların gələcək fəaliyyətə hazırlanmasında mühüm rol oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 18 Mart 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















