Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Gəncə Dövlət Universitetində keçirilən elmi nəzəri konfrans iştirakçıları İlham Əliyevə müraciət etdi

Gəncə Dövlət Universitetində keçirilən elmi nəzəri konfrans iştirakçıları İlham Əliyevə müraciət etdi

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində 14 yanvar 2026-cı ildə “Ana dilinin saflığının qorunmasında norma prinsipləri” mövzusunda keçirilən elmi-nəzəri konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət edib.

Moderator.az xəbər verir ki, müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident!

Siz daim Ulu Öndər Heydər Əliyevin ana dilinə yüksək qayğıkeşlik ideyasını ardıcıllıqla davam etdirərək, müasir beynəlxalq informasiya-kommunikasiya və inteqrasiya şəraitində Azərbaycan dilinin zənginliyinə söykənən təmizliyinin qorunması ilə bağlı zamanın tələblərinə uyğun tövsiyələrinizi irəli sürürsünüz. Sizin dil haqqında fikir və mülahizələrinizdə daim bir məqam xüsusi diqqətə çatdırılır ki, Azərbaycan dili tarixən keşməkeşli yollar keçmiş, müxtəlif xarici təsirlərə məruz qalmışdır. Bununla belə, bu dil daxili sabitliyini qoruyub saxlamış, öz ənənələrini varislik yolu ilə gələcək nəsillərə ərməğan etmişdir. Bu isə onu göstərir ki, Azərbaycan dili möhkəm daxili mexanizmə malikdir və bu möhtəşəm daxili mənbə onun varlığına yönələn təhdidlər qarşısında etibarlı bir sipər rolunu oynayır.

Möhtərəm cənab Prezident!

Sizin təkidlə vurğuladığınız kimi, bu gün dil istifadəçilərinin əsas borcu Azərbaycan dilinin struktur əsasları üzərində onun təmizliyini qorumaqdır. Bu, yerindən, mövqeyindən və məkanından asılı olmayaraq hər bir azərbaycanlının şərəf və ləyaqət məsələsi, vətəndaşlıq və vətənpərvərlik borcudur. Çünki biz tarixən bu dil ilə yaşamış, bu dil ilə düşünmüş və bu dil ilə nəfəs almışıq. Etiraf etmək lazımdır ki, artıq Azərbaycan dili əvvəlki dövrlərdə olduğu kimi iki dillilik mühitində deyil, müstəqil dövlətin rəsmi dilidir. Onun normalarında sabitlik yaranmış, ən başlıcası isə yazılı və şifahi dil arasında yaxınlaşma meyilləri güclənməkdədir. Bu hal informasiyaların ötürülməsi, yayılması və saxlanılması prosesində mühüm prinsipial əhəmiyyət daşıyır. Ana dilinin təmizliyi eyni zamanda onun müasir dövrdə strateji keyfiyyət qazanmasını da şərtləndirir.

Möhtərəm cənab Prezident!

Sizin məqsədyönlü və ardıcıl beynəlxalq siyasətinizin nəticəsi olaraq müasir dövrdə Azərbaycan dili öz nüfuzunu daha da genişləndirmişdir. Belə ki, bu dilə artıq Azərbaycan mühitindən kənarda da maraq artmış, onun xarici ölkələrdə öyrənilməsi və tədrisi istiqamətində mühüm addımlar atılmışdır. Bununla yanaşı, bir həqiqəti də nəzərə almaq lazımdır ki, ana dilinə xarici dil elementləri axınla daxil olmaqdadır. Bu gəlmələrin bir qismi dilin leksik və terminoloji potensialını zənginləşdirə bilsə də, onların bütövlükdə və ölçüsüz şəkildə işlədilməsi normadan kənardır və qəbuledilməzdir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bir çox hallarda xarici sözlərin lüzumsuz və aludəçiliklə işlədilməsinə radio və televiziya dilində, reklam və elanlarda, müxtəlif iaşə obyektlərinin adlarında, ticarət və xidmət sahələrində, o cümlədən mətbuatda və hətta elmi əsərlərin dilində rast gəlinir. Bütün bunlar ana dilinin təmizliyi naminə aradan qaldırılmalıdır.

Möhtərəm cənab Prezident!

Sizin ana dilinin inkişafı, zənginləşməsi, təmizliyi və möhtəşəmliyi naminə irəli sürdüyünüz ideyalar müasir dil siyasətinin bariz nümunəsidir. Bu, sadəcə çağırış xarakterli tövsiyə deyil, dil istifadəçiləri, ziyalılar, mütəxəssislər, yazıçı və jurnalistlər, eləcə də ictimai-siyasi inteqrasiya sahəsində çalışan əməkdaşlar qarşısında qoyulan təkidli və məsuliyyətli bir tələbdir.

Bütün bunlara görə Gəncə Dövlət Universitetinin rəhbərliyi adından Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbə kontingenti Sizə dərin təşəkkür və səmimi minnətdarlığını bildirir.

1. Kərimzadə Pərvin Orxan qızı- Milli Məclisin üzvü, Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru

2. Yusifov Mübariz İmran  oğlu-  Azərbaycan dili kafedrasının məsləhətçi professoru, filologiya elmləri doktoru, Dövlət Dil Komissiyasının üzvü

3. Quliyev Telman Ziyatxan oğlu- Azərbaycan dili kafedrasının müdiri, professor, filologiya elmləri doktoru

4. Əliyev Yadigar Vəli oğlu- Azərbaycan dili kafedrasının dosenti, filologiya elmləri doktoru

5. Quliyeva Tahirə Abdurəhman qızı- Azərbaycan dili kafedrasının dosenti

6. Məlikova Gülarə Aqaid qızı- Azərbaycan dili kafedrasının dosenti

7. Məmmədova Mehriban Oktay qızı- Filologiya fakültəsinin dekan müavini, Azərbaycan dili kafedrasının dosenti

8. Mahmudova Mətanət Nəriman qızı- Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru

9. Cavadov Elçin Məhəmməd oğlu- ÜTF və texnologiya kafedrasının müdiri, dosent 

və başqaları"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Yanvar 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see277

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see272

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see219

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see211

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see207

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see193

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see189

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see168

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see155

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see154

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see151

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see151

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see149

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see148

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see146

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see146

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri