Icma.az
close
up
RU
Gəncə Dövlət Universitetində elmi konfransı keçirilib

Gəncə Dövlət Universitetində elmi konfransı keçirilib

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AMEA  A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “1826-cı il Cənubi Qafqaz Ümummüsəlman üsyanının 200 illiyi”nə həsr olunmuş respublika elmi konfransı keçirilib.

Modern.az xəbər verir ki, Gəncə Dövlət Universitetində (GDU) keçiriliən konfransda Tarix və Etnologiya İnstitutu və Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti iştirak edib.

GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək bildirib ki, tarix xalqın yaddaşı, milli kimliyinin və mənəvi dəyərlərinin daşıyıcısıdır. Keçmişimizi öyrənmək, tarixi hadisələri obyektiv şəkildə araşdırmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin mühüm vəzifəsidir. Bu baxımdan, 1826-cı ildə Cənubi Qafqazda baş vermiş hadisələrin tədqiqi böyük əhəmiyyət daşıyır.

Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxışında vurğulayıb ki, XIX əsrin əvvəllərində regionda baş verən mürəkkəb siyasi proseslər, xarici müdaxilələr və müstəmləkəçilik siyasəti yerli əhalinin həyatına ciddi təsir göstərmişdir. Məhz belə bir şəraitdə xalqın öz milli-mənəvi dəyərlərini, torpaqlarını və hüquqlarını qorumaq uğrunda göstərdiyi müqavimət tariximizin mühüm səhifələrindən birini təşkil edir. Bu hadisələr xalqımızın mübarizə əzminin və vətənə bağlılığının bariz nümunəsi kimi qiymətləndirilir. Konfransın əsas məqsədi həmin dövrün hadisələrini yeni elmi yanaşmalar əsasında araşdırmaq, mövcud tarixi mənbələri təhlil etməkdir.

Daha sonra A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun professoru Hacı Həsənovun “Hüseyn Minasazov. Onun Bir inqilabın 100 ili adlı əsəri” , dosent Ramil Niftəliyevin “1826-cı il Gəncə üsyanı. Uğurlu ağa Ziyadoğlu”, dosent Mirnazim Cəfərovun “Qacarların xarici Siyasəti”, dosent Zeynəb Qafarova 1826-cı il Gəncə döyüşü”, dosent Emilya Əliyevanın Gəncə qalası XIX əsrin ilk sülsülündə”, aparıcı elmi işçi Xuraman Vəliyevanın “Gəncə Ziyadoğulları”, elmi işçi Dinarə Babayevanın “Car-Balakən camatının 1826-cı il çıxışları”, elmi işçi Ruqiyə Talıbovanın “Abbas Mirzə Qacar”, Gəncə Dövlət Universitetinin dosenti Etibar Musayevin “Qafqazda anti-müstəmləkə hərəkatları çərçivəsində”, dosent Hüseyn Bəxtiyarlının “Cənubi Qafqaz ümummüsəlman üsyanı (Tarixi faktlar konteksində )” mövzularında geniş məruzələri dinlənilib.

 Daha sonra  rektorun baş müşaviri Asif Cavadov, Tarix və Coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Sosial Fənlər kafedrasının müdiri Cavid Bağırov, kafedranın baş müəllimi Üzeyir Balakişiyev, Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva və kafedranın baş müəllimi Eldar Mehdiyev çıxış edərək tarixi hadisələrə nəzər yetiriblər.

 Tarix və Etnologiya İnstitutunun  və Gəncə Dövlət Universitetinin əməkdaşları çıxışlarında elmi konfransın elmi əməkdaşlığın genişlənməsinə xidmət edəcəyini vurğulayıblar. Diqqətə çatdırlıb ki, bu gün müstəqil Azərbaycanda tariximizin hərtərəfli və obyektiv şəkildə tədqiq olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Arxiv materiallarının araşdırılması və tarixi hadisələrə müasir baxışın formalaşdırılması tarix sahəsinin qarşısında duran əsas vəzifələrdəndir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyun 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see267

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see185

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see179

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see173

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see172

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see170

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see170

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see169

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see169

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see167

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see167

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see166

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see165

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see164

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see160

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri