Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Gəncə İcra Hakimiyyəti tikintinin qanunsuz olduğunu deyir, şəhid övladı sənədi paylaşdı VİDEO

Gəncə İcra Hakimiyyəti tikintinin qanunsuz olduğunu deyir, şəhid övladı sənədi paylaşdı VİDEO

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncəyə atdığı raket hücumu nəticəsində şəhid olan Anar və Nurçin Əlizadələrin oğlu Hüseyn Əlizadənin sosial şəbəkədə yeni müraciəti yayılıb.
Şəhid övladı ilk videosunda bildirmişdi ki, bacısının həyat yoldaşının özünə məxsus torpaqda inşa etdiyi tikili baş memar Elvin Həsənzadənin göstərişi ilə dağıdılıb.
H.Əlizadə bildirib ki, Gəncədəki şəhid ailələri yeni inşa olunmuş binada mənzillə təmin olunub, lakin onlara köhnə binadan mənzil verilib. Əlavə olaraq həmin mənzilin ailəyə kirayə sənədi ilə təqdim olunduğunu qeyd edib.
Onun sözlərinə görə, bacısı evləndikdən sonra 1 otaqlı evlə təmin olunmaq üçün müvafiq qaydada müraciət etsə də, bu da cavabsız qalıb.
Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən Azxeber.com-un sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 11 oktyabr 2020-ci il tarixində Gəncə şəhərinə edilən növbəti raket zərbəsi nəticəsində Əliyev Hüseyn Anar oğlunun ata nənəsi Əliyeva Zenfira Məmməd qızına məxsus Ə.Rəfibəyli küçəsi, 4-cü dalan, 3 №-li binada yerləşən iki otaqlı, ümumi sahəsi 111,4 kv.metr olan mənzil dağılmış və ona Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən yeni inşa edilmiş binadan iki mənzil (bir otaqlı, ümumi sahəsi 34,97 kv.m və üç otaqlı, ümumi sahəsi 74,57 kv.m) verilib:
"Sözügedən bacı və qardaşın, o cümlədən onların ana valideynlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq, 2021-ci ildə şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, müstəsna hal kimi, Şahlar Hüseynov küçəsi, 13A ünvanında yerləşən çoxmənzilli yaşayış binasında ümumi sahəsi 69,59 kv.m təşkil edən iki otaqlı mənzil istifadə hüququ ilə Hüseyn Əliyevin qəyyumu, dayısı Əliyev Nurlan Emin oğluna verilib”.
Əlavə edilib ki, H.Əliyevin bacısı Əliyeva Sevil Anar qızına Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci ilin yanvar ayından 2021-ci ilin oktyabr ayınadək (MİDA yaşayış kompleksindən mənzillərlə təmin olunanadək) hər ay 250 manat olmaqla, ümumilikdə 2250 manat kirayə haqqı ödənilib.
Qeyd olunanlarla yanaşı, bayram günlərində, eyni zamanda uşaqların müraciətləri əsasında, həmçinin Əliyeva Sevil Anar qızının 2024-cü ildə keçirilmiş toy mərasimi də daxil olmaqla, onlara əlavə 3200 manat maddi yardım göstərilib:
"Bildirmək istəyirik ki, Əliyev Hüseyn Anar oğlunun bacısının əri Şərifov Talış Rəşad oğlu, şəhərin Atatürk prospektində, inşası davam etdirilən Gəncə Şəhər Stadionunun yaxınlığında, bələdiyyə mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə, orada qanunsuz tikinti işləri aparmağa cəhd etmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin həyata keçirdikləri növbəti monitorinq zamanı bu hal aşkarlanmış və tikintinin qarşısı alınmışdır. Şərifov Talış Rəşad oğluna sözügedən niyyəti ilə bağlı qanunvericiliyin tələbləri, həmçinin riayət edilmədiyi təqdirdə, məsuliyyət tədbirləri barədə izahat verilib.
İcra hakimiyyətinin bu açıqlamasına cavab olaraq şəhid övladı yeni videomüraciətində tikilinin sənədlərini göstərib və bildirib ki, ərazinin çıxarışı və xəritəsi var. 

Həmin videonu təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Yanvar 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see273

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see252

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see250

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see248

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see215

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see199

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see182

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see179

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see168

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see167

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see167

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see166

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see157

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see153

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see140

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see140

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see138

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri