Icma.az
close
up
RU
“Gəncə” “Sabah”: revanş çalarlı kubok finalı in TƏHLİLİ

“Gəncə” “Sabah”: revanş çalarlı kubok finalı in TƏHLİLİ

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Bazar günü, fevralın 22-də basketbol üzrə Azərbaycan Kubokunun finalı keçiriləcək. Həlledici görüşdə 2023-cü ilin kubok qalibi “Gəncə” ilə Azərbaycan Basketbol Liqasının (ABL) üçqat çempionu “Sabah” üz-üzə gələcək. Bakı klubu üçün bu, tarixində ilk kubok finalıdır.

İdman.Biz xatırladır ki, hər iki komandanın öz təcrübəsi və motivasiyası var. “Sabah” titul kolleksiyasını yeni kubokla zənginləşdirmək niyyətindədir. “Gəncə” isə mövsümü əliboş başa vurmaq istəmir, çünki regional təmsilçinin ABL-də çempionluq şansları paytaxt klubuna nisbətən daha az qiymətləndirilir.

Bəli, “Sabah” ABL komandaları arasında ən güclü legioner heyətinə malikdir və avrokuboklarda iştirak edib. Lakin komandanın bu ilə qədər heç vaxt kubok finalına yüksəlməməsi turnirin özünəməxsus xüsusiyyətlərini göstərir.

Kubokda yerli oyunçuların rolu daha böyükdür. Meydanda eyni anda iki azərbaycanlı basketbolçu çıxış edir. ABL-də isə format fərqlidir: bir yerli və dörd legioner oynayır. Bu isə kubok oyunlarında yerli basketbolçuların təsir imkanlarını artırır.

Finala gedən yol

Hər iki komanda mübarizəyə 1/4 final mərhələsindən başlayıb.

“Gəncə” bu mərhələdə turnirin favoritlərindən biri, 2024-cü ilin kubok sahibi “Neftçi”ni 95:92 hesabı ilə məğlub edib. Qələbə əzmkar alınıb: ilk hissədə 15 xal geri düşən (11:26) komanda xarakter nümayiş etdirərək yarımfinala vəsiqə qazanıb. Qaliblərin heyətində Ceykob Uayli 20 xalla ən məhsuldar oyunçu olub. Yerli basketbolçular arasında isə “Gəncə”nin hücumçusu Cəbrayıl Əkbərov 13 xalla fərqlənib.

Yarımfinalda “Gəncə” 1/4 finalda avrokubok təcrübəsi olan “Abşeron Layons”u mübarizədən kənarlaşdıran “Şəki” ilə üzləşib. ABL-də bu komandaların qarşılaşmaları əsl regional derbini xatırladır. Lakin kubok matçında “Gəncə” rəqibinə şans verməyib – 97:71. Görüşün ən yaxşısı 19 xalla Cəbrayıl Əkbərov olub. Yerli oyunçular arasında Ulaş Turqut da 15 xalla seçilib.

“Sabah”ın finala yolu nisbətən rahat alınıb. Həm 1/4 finalda, həm də yarımfinalda Bakı klubu B qrupunun komandaları ilə qarşılaşıb, halbuki özü A qrupunda liderdir. 1/4 finalda “Sabah” “Quba”nı 113:76 hesabı ilə məğlub edib. Hassani Qravett 23 xalla matçın ən yaxşısı seçilib, yerli basketbolçular arasında isə Şirzad Şirzadov 13 xal toplayıb.

Üçqat Azərbaycan çempionu yarımfinalda “Ordu” komandasına 83:66 hesabı ilə qalib gəldi. Qarşılaşmanın ən dəyərli oyunçusu Cerri Bleyks olub. Yerli basketbolçulardan Kamran Məmmədov 10 xalla yadda qalıb.

Finaldan nə gözləmək olar?

Hər iki kollektiv güclü yerli heyətə malikdir. “Gəncə”də Cəbrayıl Əkbərov, Ulaş Turqut və Nəzər Quliyev ön plana çıxır. “Sabah”da isə Şirzad Şirzadov, Kamran Məmmədov, Ramiz Quliyev və ağır zədədən sonra parketə qayıdan Endər Poladxanlı diqqət mərkəzindədir.

Bununla belə, kubok təcrübəsi baxımından “Gəncə” üstün görünür. Komanda 2023-cü ildə finalda NTD-ni əlavə vaxtda məğlub edərək kuboku qazanıb. Həmin görüşdə “Gəncə”nin heyətində Cəbrayıl Əkbərov, NTD-də isə hazırda “Sabah”ın formasını geyinən Şirzad Şirzadov çıxış edib. Beləliklə, Azərbaycan millisinin iki üzvü yenidən kubok uğrunda mübarizədə qarşılaşacaq. Ötən mövsüm “Gəncə” yenə finala yüksəlsə də, bu dəfə NTD-yə uduzub.

“Gəncə”nin digər üstünlüyü isə baş məşqçi, türkiyəli mütəxəssis Xəlil Atlının ABL-də tez-tez iki yerli basketbolçuya eyni anda şans verməsidir. Bu isə “2 yerli – 3 legioner” formatında daha yaxşı uyğunlaşma deməkdir. “Sabah”da isə yüksək rəqabət səbəbindən yerli oyunçular üçün heyətdə möhkəmlənmək daha çətindir.

Ancaq “Sabah”ı hesabdan silmək böyük səhv olardı. Bu, ölkənin aparıcı basketbol klubudur. Komanda qrupunda inamla liderdir və ABL-in əsas favoritidir. Cari mövsümdə “Gəncə” hələ ki, ABL çərçivəsində paytaxt klubunu məğlub edə bilməyib.

Bununla belə, tərəflər üçün bu qarşıdurma tam yeni deyil. 2022/2023 mövsümündə “Gəncə” və “Sabah” ABL finalında üz-üzə gəlib. Həmin vaxt gərgin mübarizədə qalib gələn Bakı klubu yenilənmiş Azərbaycan çempionatında ilk titulunu qazanmışdı.

Bu səbəbdən qarşıdakı kubok finalı azarkeşlərdə həm nostalji hisslər oyadacaq, həm də “Gəncə” üçün özünəməxsus revanş imkanı yaradacaq.

Finalda yalnız iki güclü komanda deyil, bir-birini yaxşı tanıyan iki tarix qarşılaşacaq. Üstəlik, bu matç ABL-də bəzən legionerlərin kölgəsində qalan yerli basketbolçuların maksimum potensialını göstərməsi üçün ideal fürsət olacaq.

Mustafa Daşdəmirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Fevral 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri