Gəncədə 4 cü sinif şagirdləri zəhərləndi YENİLƏNİB
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gəncə şəhərində zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şagirdlər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri olublar.
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən cavab verilib.
"Bu gün Gəncə şəhəri, Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss ediblər. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır", - deyə məlumatda vurğulanıb.
***
13:59
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Gəncə Şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə qeydə alınıb. Məktəbin bir neçə şagirdi zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanlamışıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 01 Oktyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















