Icma.az
close
up
RU
Gəncədə Azərbaycan QHT lərinin Əməkdaşlıq Forumu keçirilib YENİLƏNİB

Gəncədə Azərbaycan QHT lərinin Əməkdaşlıq Forumu keçirilib YENİLƏNİB

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə, 6 noyabr, AZƏRTAC

Qeyri-Hökümət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə Gəncə şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Forumda çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə heyətinin sədri Aygün Əliyeva bildirib ki, forumun əsas məqsədi yalnız görülmüş işlərin hesabatını vermək deyil, həm də qarşıdakı dövrün çağırışlarını müəyyənləşdirmək, dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın yeni istiqamətlərini müzakirə etməkdir.

“Agentlik ötən forumdan sonra 21 dövlət proqramı üzrə nəzərdə tutulan 113 tapşırığın icrasında 98,63 faiz nəticə əldə edib”, - deyən Aygün Əliyeva hesabat dövründə QHT-lərlə birgə sektorun inkişafı, institusional potensialın gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən də danışıb.

Diqqətə çatdırılıb ki, gələn il Bakıda BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) məşvərətçi statusuna malik QHT-lərinin forumunun keçirilməsi planlaşdırılır. Həmçinin qarşıdakı dövrdə İslam Əməkdaşlıq Təşkilatı, Asiya və Avropa arasında əməkdaşlıq formatı (ASEM) və Mərkəzi Asiya istiqamətində əlaqələrin inkişafı da nəzərdə tutulur.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə QHT-lərin fəaliyyəti üçün geniş imkanlar yaradılıb. QHT-lər müxtəlif sahələrdə həyata keçirdikləri layihələrlə cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

Digər çıxış edənlər də tədbirin əhəmiyyətindən bəhs edərək, forumun işinə uğurlar arzulayıblar.

“Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş forumda 400 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib.

Rəsmi hissədən sonra “QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları”, “Azərbaycan QHT-ləri milli maraqların keşiyində”, “WUF13 irsi QHT təşəbbüslərində” adlı panel müzakirələri keçirilib.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə QHT-lərin müraciəti qəbul olunub.

Forum bədii proqramla yekunlaşıb.

10:16

Gəncə şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasının binasında keçirilən forumda 400-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.

Forum çərçivəsində “QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları”, “Azərbaycan QHT-ləri milli maraqların keşiyində” və “WUF13 irsi QHT təşəbbüslərində” mövzularında panel müzakirələri keçiriləcək.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə QHT-lərin müraciətinin qəbul olunması nəzərdə tutulur.

Forum bədii proqramla yekunlaşacaq.

Müxbir - Elcan Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri