Gəncədə qapıçı axtarışı
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncə şəhərində Avropa çempionatı öncəsi hazırlıqlarını davam etdirən Azərbaycan U-17 qızlardan ibarət milli komandasının təlim-məşq toplanışı keçirilib.
Futbolpress.az xəbər verir ki, toplanışla paralel olaraq, regionlarda qız futbolunun inkişafı və perspektivli qapıçıların müəyyənləşdirilməsi məqsədilə seçim keçirilib. Gəncə və ətraf rayonlardan müxtəlif yaş qruplarını təmsil edən qız qapıçılar seçimdə iştirak ediblər.
Seçim zamanı iştirakçıların texniki və fiziki hazırlığı, reaksiya, koordinasiya və digər qapıçılıq bacarıqları qiymətləndirilib.
Keçirilən seçimin Azərbaycanın digər rayonlarında da davam etdirilməsi planlaşdırılır. Məqsəd regionlarda istedadlı qız futbolçuları və qapıçıları müəyyənləşdirmək, onların inkişafını izləmək və milli komandaların oyunçu bazasını genişləndirməkdir.
AFFA-nın Qadın Futbolu Departamenti tərəfindən qarşıdakı dövrdə müxtəlif rayonlarda bu cür seçim və inkişaf tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Baxış sayı:112
Bu xəbər 25 Sentyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















