İdarə Heyətinin sədri: Gəncədə qurumuş ağaclar nömrələnir, pilot layihə sui istifadə hallarının qarşısını alacaq
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İndiyədək ətraf-mühitlə bağlı bizi qane etməyən məsələlər var idi. Qurumuş, qəzalı, ağacların götürülmədən öncə inventarlaşdırılması, nömrələnməsi, etiketlənməsi, sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatların olması, bu informasiyaların www.agac.az səhifəsinə yerləşdirilməsi həm də sui-istifadə hallarının qarşısını alacaq. İlk dəfə Gəncədə pilot layihə olaraq belə bir yanaşma tətbiq edilir. İstənilən vətəndaş səhifəyə daxil olaraq, ağacın müqəddəratı ilə bağlı məlumatlana bilər. Bundan sonra o siyahıda hansısa uyğunsuzluq olarsa, aşkarlanacaq ki, ağaclar haradan və necə götürülüb. AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 15 Avqust 2025 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















