Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gəncədə sürücülər motosiklet və moped sürücülərinin qayda pozuntularından narazıdır.
Bu barədə Gəncə sakinləri Avtosfer.az-a şikayət edib. Sürücülərdən biri şikayətində qeyd edib ki, şəhərin Heydər Əliyev prospektində, Gəncə Beynəlxalq Xəstəxanasının yaxınlığındakı yolayrıcında vaxtaşırı qəzalar baş verir.
Son 10 gündə motokuryerlərin qayda pozması nəticəsində 3 qəza hadisəsi baş verib.
Görüntülərdəki qəza da elə həmin kəsişmədə baş verib. Əks yola çıxaraq digər avtomobilləri ötməyə çalışan moped sürücüsü Gəncə Beynəlxalq Xəstəxanası istiqamətində irəliləyən “Chevrolet”ə çırpılıb. Nəticədə, motokuryer özü xəsarət alıb.
Sürücülər bildirir ki, moped, motosiklet və skuter sürücüləriylə bağlı Gəncədə ciddi tədbirlər görülməsinə ehtiyac var.
Səfər
bax.tvhttps://player.bax.tv/embed/228466.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler
Baxış sayı:112
Bu xəbər 03 Noyabr 2026 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















