Icma.az
close
up
RU
Gəncədə tanışlar arasında pul borcu üstündə qanlı dava TƏFƏRRÜAT

Gəncədə tanışlar arasında pul borcu üstündə qanlı dava TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Gəncə şəhərində tanışlar arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2023-cü ilin iyulun 13-də Gəncə şəhəri, Süleyman Tağızadə küçəsində yerləşən “köhnə qəbiristanlıq” adlanan ərazidə baş verib.
Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Xəyal həmin gün gecə saat 1 radələrində tanışı Vəlinin ona verdiyi 70 manat borcunu geri istəməsi zamanı aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Bu zaman o, üzərində gəzdirdiyi kəsici-deşici alətlə zərərçəkmiş şəxsin döş qəfəsinin sol arxa səthinə bir dəfə qəsdən zərbə vurub. 
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə ifadə verən müttəhim ona elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilməyib. O, özünü yalnız həmin məcəllənin 126.1-ci maddəsi ilə təqsirli bilib.
İfadəsində göstərib ki, hadisə vaxtı o özünü müdafiə edib: “Vəli mənim dostum olub və bizim hər günümüz bir keçib. Aramızda anlaşılmazlıq olub. Vəli yaş baxımından məndən kiçik olub. Ondan ehtiyacım olduğu üçün 70 manat pul almışam və həmin məbləği yaxın müddətdə qaytarılmasını vəd vermişəm. Vəli məndən pulunu istədi. Məni evə düşürməyini xahiş etdim. Mən evə çatan zaman evinin qarşısında Vəli ilə aramızda narazılıq və yüngül səs-küy oldu. Həmin vaxt ona “niyə səs-küy salırsan, sabah söhbət edərik” dedim. Bundan sonra Vəli dedi ki, otur maşına, “Dalğa” marketin yanına gedək. Biz həmin əraziyə getdik. Ora gedən zaman xalam oğlu Novruz da həmin əraziyə gəldi. Həmin ərazidə aramızda mübahisə oldu. Vəli yenə də dedi ki, otur maşına, söhbətə gedək. Avtomobilə əyləşdim və qəbiristanlıq adlanan əraziyə gəldik. Avtomobildən düşən zaman xalam oğlu da ora gəldi. Xalam oğluna məsələni izah etmək istədim. Həmin vaxt Vəli məni yumruqla vurdu və mən yerə yıxıldım, xəsarətlər aldım. Yerdə olarkən məni təpik və yumruqla vurdu. Həmin vaxt xalam oğlu bizi araladı. Bu  zaman Vəlinin əlini belinə aparmasını gördüm. Vəlinin məni bıçaqla vurmaq istədiymi düşündüm”. 
Xəyal bildirib ki, daha sonra özünü müdafiə etmək üçün bıçaqla Vəliyə xəsarət yetirib: “Mən qəsdən Vəlinin hər hansı bir nahiyyəsinə vurmaq istəmədim. Sadəcə olaraq əlimdəki bıçağı fırlayan zaman Vəli xəsarət aldı. Ona xəsarət yetirdikdən sonra həmin ərazidən qaçmadım. Həmin vaxt hadisə yerində 2 avtomobil olub. Xalam oğlu Vəlini öz avtomobilinə əyləşdirdi. Mən də avtomobilə əyləşdim. Avtomobili Nurlan idarə etdi. Nurlan məni evimizin yanında düşürdü. Həmin vaxt üst-başım bulaşıq olub. Həmçinin paltarım üzərində qan ləkələri olub. Dava-dalaş zamanı mən də xəsarət aldım”. 
İş üzrə zərərçəkmiş Vəlinin sözlərinə görə, hadisə vaxtı yüngül xəsarət alıb: “Xəyal mənim dostumdur, uşaqlıqdan bir yerdə böyümüşük. Hadisə mənim  günahımdan baş verib. Xəyalı qəbiritanlığa aparmışam, orada mübahisə baş verib. Mübahisə pul üstündə olub. Xəyala 70 manat pul vermişəm və 3-4 ay sonra pulumu istəmişəm. O isə verəcəyini deyib. Lakin 1-2 gün keçməsinə baxmayaraq qaytarmayıb. Həmin pulun üstündə mübahisə baş verib. Xəyalı erməni qəbirstanlığına aparmışam və həmin vaxt Xəyalı vurmuşam. Belimdəki kəmərini düzəldən zaman Xəyal onu bıçaqla vurmaq istədiyimi zənn etdiyindən bıçaqla məni vurub və xəsarət almışam”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəyal 5 il 6 ay azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyul 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see330

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see291

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see282

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see274

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see268

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see264

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see254

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see232

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see231

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see226

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see222

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see209

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see206

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see204

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see198

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see195

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see193

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri