Icma.az
close
up
RU
Xudatda dostlar arasında pul borcu üstündə qanlı cinayət TƏFƏRRÜAT

Xudatda dostlar arasında pul borcu üstündə qanlı cinayət TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xaçmaz rayonunda 1998-ci il təvəllüdlü Murad pul borcu üstündə yaranan mübahisə zamanı tanışı Telmana xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Murad tanışı Telman tərəfindən borcunun qaytarılmaması səbəbindən onun və ailə üzvlərinin ünvanına ağır söyüşlər söyüb. Telmanın dəvəti ilə 18 iyul 2022-ci ildə, saat 24 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, Konserv zavod qəsəbəsi, Zaur Mahmudov küçəsində "Zavod" marketin yaxınlığında görüşüblər. 
Həmin vaxt Telman ondan 100 manat borcunu tələb etməklə onun ünvanına təkrar söyüş söyüb. Murad üzərində olan bıçaqla onun üzərinə hücum edib. Sonra Murad qisas almaq niyyəti ilə ov bıçağı ilə Telmanın qarın nahiyyəsindən bir dəfə qəsdən zərbə vurub. 
Hadisəni törədən Muradın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xaçmaz rayonu, Xudat şəhərində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur: “Mən  zərərçəkmiş Telmanı yaşadığım Xudat şəhərinin sakini kimi tanıyıram. Telmanın əsl adı Telman olsa da Xudat şəhərində tanışları ona “Ceka” deyə müraciət ediblər. Mənim Telmanla tanışlığım olsa da,  onunla tez-tez görüşmürəm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, 18 iyul 2022-ci ildə, axşam saat 18 radələrində Xaçmaz rayonu, Xudat şəhərində onun yaşadığı küçədə qonşu və sinif yoldaşı olan Azadla görüşərək pivə içməyə gediblər: “Mən evdən çıxan zaman özümə məxsus olan, təxminən bir ay əvvəl Bakı şəhərində hədiyyə dükanından aldığım bıçağı da əynimdə olan şalvarın kəmərinə keçirtdim. Azadın yaşadığı evin qarşısında onunla görüşdüm. Birlikdə yaxınlıqdakı mağazalardan birindən spirtli içki olan pivə alaraq yaşadığım küçənin yaxınlığında olan meşə ərazisində içməyə başladıq. Biz pivə içdikdən sonra söhbət edən zaman Azad dedi ki, Telmandan borc pul alacağam,  xərcləyərik, sonra qaytararam. Sonra da Azad Telmana zəng edib telefonla danışdı. Mənə dedi ki, Telmandan 45 manat pul götürəcəkdir. Daha sonra Azad mənim yanımdan getdi. Mən də həmin yerdə oturaraq Azadı gözlədi. Təxminən 20 dəqiqədən sonra Azad əlində yenə pivə ilə yanma gəldi və bildirdi ki, Telmandan 45 manat pul almışdı. Orada pivə içməyə davam etdik. Bir neçə dəqiqədən sonra Telman telefon nömrəmə zəng etdi. Telefona cavab verəndə Telman Azadın yanımda olub-olmadığını soruşdu. Bildirdim ki, Azad mənim yanımdadır. Həmin vaxt Telman telefonda əvvəlcə Azadın, daha sonra isə mənim ünvanıma söyüşlər söyməyə başladı. Telmandan məni nə üçün söydüyünü soruşdum. Telman məni yenə söyməyə davam etdi. Telmana dedim ki, hardasansa gəl, söhbət edək, telefonda söhbət olmur. Telman da dedi ki, Azadın yaşadığı evin yaxınlığındadır. Daha sonra Azad və mən birlikdə konserv zavod adlanan ərazidə yaşadıqları küçəyə getdik. Orada Telmanla görüşdük. Telman Azadın onu aldadaraq pulunu aldığını dedi, Azadla mübahisə etməyə, bir-birilərinin ünvanına söyüşlər söyməyə başladılar. Azadla mübahisə edən zaman Telman üzərində olan bıçağı çıxararaq ucadan söyüşlər söydü, Azaddan 45 manat  pulu istədi. Həmin vaxt Azad geri çəkildi və büdrəyib yerə yıxıldı. Azad qorxduğundan sonra pulu verəcəyini dedi, ayağı duraraq getdi. Həmin vaxt küçədə Telman və mən qaldım. Mən Telmana yaxınlaşaraq onunla söhbət etməyə başladı və Telmanı sakitləşdirməyə çalışdım. Həmin vaxt saat 24 radələri olardı. Telmanın yanında olan zaman ona söyüş söyməməyi dedim. Telman yenə Azadın ünvanına söyüşlər söyməyə başladı”.
Murad bildirib ki, daha sonra Telman əli ilə onun əynində olan paltarın yaxasında tutaraq onu və ailəsini də ağır söyüşlərlə söyməyə başlayıb: “Məndən 100 manat pul borcunu qaytarmağımı tələb etdi. Bir neçə ay əvvəl Telmandan telefon almışdım, lakin pulunu verməmişdim. Bu səbəbdən Telman əlində olan bıçaqla mənə hücum etdi. Telman bıçaqla baş nahiyəmə vurdu. Mübahisə zamanı Telmanın əlindəki bıçaq mənim burnumu, boynumu və sol qulağımın arxasına dəyərək kəsdi. Sonra Telmanla danışdım, məni sakitləşdirdim, pulu qaytaracağımı dedim. Telman da bundan sonra bıçağı aşağı saldı. Bir neçə saniyə sonra Telmanın mənə etdiklərinin, yəni pulunu tələb edərək ağır söyüşlər söyməsinin, mənə hücum etməsinin əvəzini çıxmaq üçün üzərimdəki bıçağı əlimə götürdüm , Telmanın sağ qarın nahiyyəsinə bir bıçaq zərbəsi vurdum. Mən bıçaqla Telmanı vuran zaman hiss etdim ki, bıçaq Telmanın qarın boşluğuna daxil oldu. Daha sonra bıçağı özümə tərəf çəkdim, Telmanın qarın boşluğundan çıxardım. Telmanı bıçaqla vurduqdan sonra dərhal qaçaraq oradan uzaqlaşdım”. 
Murad bildirib ki, daha sonra oradan uzaqlaşıb və öz yaşadığı evə gedib: “Üzərimdə olan bıçağı yatdığım çarpayının üzərindəki döşəyin altına qoydum və evdən çıxdım. Hadisə barəsində isə heç kimə heç bir söz demədim. 19 iyul 2022-ci ildə isə məni polis şöbəsinə dəvət etdilər. Mən də şöbəyə gələrək törətdiyim əməli etiraf etdim. Daha sonra yaşadığım evə polis əməkdaşlarını apardım. Yataq otağında yatdığım çarpayının üzərindəki döşəyin altına qoyduğum, Telmana xəsarət yetirdiyim bıçağı təqdim etdim. Həmin bıçaq da polis əməkdaşları tərəfindən götürüldü”. 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Murad 7 il 3 ay 14 gün müddətə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Murad apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini yuxarı instansiya məhkəməsinin hakimlərindən xahiş edib. 
Onun şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin edilib, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. 
Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, yəni Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilən əsasla cinayət təqibinə xitam verilib. 
Muradın cəzası 6 il 9 ay 14 günə endirilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:320
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Yanvar 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri