Icma.az
close
up
RU
Bayramda süni qiymət artımı doğru deyil! QMİ dən ÇAĞIRIŞ

Bayramda süni qiymət artımı doğru deyil! QMİ dən ÇAĞIRIŞ

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qurban bayramına sayılı günlər qaldıqca, bazarlarda və satış məntəqələrində canlanma artır. Bayram ərəfəsində xüsusilə qurbanlıq heyvanlara və ərzaq məhsullarına tələbat yüksəldiyi üçün qiymətlərlə bağlı müzakirələr də aktuallaşır. Bəzi hallarda isə satıcıların fürsətdən istifadə edərək qiymətləri süni şəkildə artırdığı müşahidə olunur ki, bu da cəmiyyətdə narazılıq yaradır.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında "İçərişəhər" Cümə məscidinin axundu Hacı Surxay Məmmədli ilk olaraq qeyd edib ki, Qurban bayramında insanlar bir-birinə mərhəmət göstərir, paylaşır, bir-birinə dayaq olur.

"Ümumiyyətlə, bu bayramlar insanları mərhəmətə, şəfqətə səsləyir. Amma təəssüf ki, son illər Qurban, Ramazan və Novruz bayramları ərəfəsində bəzi hallarda süni qiymət artımlarının şahidi oluruq. Bu isə bayramın mahiyyətinə uyğun deyil. Əgər biz mərhəmətdən, xeyirxahlıqdan, səmimiyyətdən danışırıqsa, bu bayram qardaşlıq, həmrəylik və sosial paylaşma bayramıdırsa, belə hallara yol verilməsi məqbul sayıla bilməz. İnsan bayram günlərində mərhəməti unudursa, başqasına qarşı sayğısızlıq edirsə, burada savab qazana bilməz. Çünki qurban ibadətinin məqsədi Allaha yaxınlaşmaqdır. Əgər kimsə bu günlərdə qiymətləri süni şəkildə artırırsa, bu nə Allaha xoş gedər, nə də insanlar arasında bəyənilər".

İlahiyyatçı saytımıza açıqlamasında eyni zamanda süni qiymət artımı ilə bağlı əhaliyə çağırış da edib:

"Qiymət artımı ilə bağlı çağırışım budur ki, belə hallara yol verilməməlidir. Dinimiz də, insanlıq da buna icazə vermir. Əgər bayramlaşma bizi birləşdirə bilmirsə, paylaşmaq duyğusunu formalaşdırmırsa, bu artıq bayramın ruhuna ziddir və Allah da bunu bəyənməz".

Hacı Surxay Məmmədli həmçinin Qurban kəsildikdən ətin bölüşdürülməsi məsələsinə də aydınlıq gətirib:

"Qurban kəsildikdən sonra ətin bölüşdürülməsi məsələsinə gəlincə, burada əsas məqsəd paylaşmaqdır. Qurban anlayışı təkcə heyvan kəsmək deyil, Allaha yaxınlaşmaq mənasını daşıyır. Bu ibadətin mahiyyəti insanlara yardım etmək, yoxsullara dəstək olmaq, qardaşlıq münasibətlərini gücləndirməkdir. Qurbanın savabı da məhz bu paylaşmada, insanların bir-birinə dayaq olmasındadır.

Qurban əti də adətən üç hissəyə bölünür. Bir hissəsi qurban kəsənə şamil edilir, bir hissəsi yoxsullara, fəqirlərə yardım məqsədilə verilir, digər hissəsi isə qardaş və bacılara paylanılır. Əsas məqsəd paylaşmaq, yardımlaşmaq və insanları sevindirməkdir.

Min illər əvvəl baş vermiş bu tarixi hadisə insanlara fədakarlıq, sədaqət, qardaşlıq və dostluq öyrədir. Ona görə də çalışmaq lazımdır ki, Qurban bayramında ilk növbədə ehtiyacı olan insanlara yardım edilsin, qəbirlər ziyarət olunsun, doğmalar yad edilsin, yaşlı insanların, qocalar evinə gedilsin, yetimlərə sahib çıxılsın və onların dərdinə şərik olunsun. Bu bayramın ənənəsi və rəmzidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 May 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri