Icma.az
close
up
RU
Gəncədə yaşandı, insanlar təşvişə düşdü Vacib nüanslar

Gəncədə yaşandı, insanlar təşvişə düşdü Vacib nüanslar

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 9-da Gəncədə 7 şagirdin dönərdən zəhərlənməsi narahatlıq yaradıb. Ümumiyyətlə, son zamanlar məktəblərdə belə hallarının intensivləşdiyi müşahidə olunur. Bu, ya qızdırıcı sobanın tüstüsü, ya da qida məhsulları səbəbilə baş verir. 

Azyaşlıları necə qoruyaq? Yemək və tüstüdən zəhərlənmə kimi halların qarşısının öncədən alınması üçün nə kimi tədbirlər görülməlidir?

Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə tədqiqatçı və ekspert Asim Vəliyev deyib ki, məktəbdə satılan yeməklərin hazırlanma şəraitinə, düzgün temperatur rejiminə və gigiyenik qaydalara ciddi nəzarət edilməlidir:

“Digər tərəfdən, uşaqları küçə yeməklərindən uzaq tutumalıyıq. Xüsusilə məktəb yaxınlığında satılan dönər və digər ət əsaslı məhsullar yüksək risk daşıyır. Temperaturu normadan aşağı saxlanılan, uzun müddət vitrində qalan məhsullar mikrobioloji baxımdan təhlükəlidir. Ət və ət məhsulları yüksək risk qrupuna daxil olan məhsullardır. Dönərdə istifadə olunan ət soyuq zəncirə riayət edilmədən daşınırsa, uzun müddət uyğun olmayan temperaturda saxlanırsa, salmonella, e.coli və digər bakteriyalar sürətlə çoxalır. Həmçinin dönər şişinin iç qatları tam bişmir, çox vaxt kənar təbəqə qızarsa da, iç hissə çiy qalır. Tez-tez kəsildikdə isə bişmə prosesi tamamlanmır. Belə olduqda çiy ət hissələri bişmiş ətlə qarışır”.

Asim Vəliyev

Mütəxəssis qeyd edib ki, gigiyenik qaydalara əməl olunmaması da zəhərlənmənin əsas səbəblərindəndir:

“Eyni bıçağın həm çiy, həm bişmiş ət üçün istifadə edilməsi, əl təmizliyinə diqqət olunmaması, səthlərin dezinfeksiya edilməməsi çirklənmə riskini artırır. Həmçinin, dönər vitrinində temperaturun +60°C-dən aşağı düşməsi, ətin uzun müddət bu temperaturda qalması bakteriyaların çoxalmasını sürətləndirir. Zəhərlənməyə yalnız ətin özü deyil, dönərlə birlikdə servis edilən souslar və tərəvəzlər də səbəb ola bilər. Sousların otaq temperaturunda saxlanması, tərəvəzlərin yaxşı yuyulmaması, doğranmış şəkildə uzun müddət açıq vəziyyətdə qalması riskləri daha da artırır. İşçi heyətinin şəxsi gigiyenası da mühüm amildir. Çox ucuz qiymətə satılan dönərlərdə keyfiyyətsiz ət, əlavələr və saxlanma-bişirmə rejiminin pozulması ehtimalı daha yüksək olur. Bütün bu sadaladığım səbəblər birlikdə olduqda zəhərlənmə qaçılmaz olur. Məktəb rəhbərliyinin fövqəladə hallar üçün operativ protokolu olmalıdır. Şikayət edən şagirdlərin dərhal tibbi yardıma yönləndirilməsi çox vacibdir”.

Ekspert bildirib ki, tüstü və qaz sızması ilə bağlı zəhərlənmələrin qarşısını almaq əsasən profilaktik tədbirlərdən keçir:

“Qızdırıcı sobaların və havalandırma sisteminin mütəmadi texniki baxışı, sinif otaqlarının havalandırılması, karbonmonoksid detektorlarının quraşdırılması uşaqların təhlükəsizliyi üçün vacibdir. Müəllimlər və texniki işçilər tüstü və qaz sızmasının ilkin əlamətlərini tanımalıdır. Bu halda düzgün reaksiya verilə və problem böyümədən həll ola bilər. Valideynlər də uşaqlarına hər satıcıdan qida almamağı öyrətməli, məktəb yeməkxanasının şəraiti ilə maraqlanmalıdır. Həm qida təhlükəsizliyi, həm də tüstü və qazla bağlı təhlükələr sadə nəzarət və profilaktik tədbirlərlə qarşısı alınan risklərdir. Məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilərsə, bu xoşagəlməz hadisələrin sayı azalar”.

Qeyd edək ki, Azərbaycanda hazırda məktəblilərin, yəni ümumi təhsil müəssisələrində (məktəb şagirdləri) oxuyanların sayı təxminən 1,6 milyon nəfərdir.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see873

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see304

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see300

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see296

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see284

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see260

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see247

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see214

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see211

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see199

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see198

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see195

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see195

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see195

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see194

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see189

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see182

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see181

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see178

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri