Icma.az
close
up
RU
“Gəncədən başlayan dövlətçilik salnaməsi” mövzusunda respublika elmi konfransı keçirilib

“Gəncədən başlayan dövlətçilik salnaməsi” mövzusunda respublika elmi konfransı keçirilib

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

28 May Müstəqillik Günü münasibətilə keçirilən konfrans Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və onun Diyarşünaslıq institutu tərəfindən təşkil olunub.

Tədbirə Bakı, Gəncə, Sumqayıt, Naxçıxan, Ağcabədi və  Şabranın  elmi-tədqiqat və ali təhsil ocaqları, eləcə də  dövlət qurumlarından alim və mütəxəssislər qatılıblar. Konfransda həmçinin qardaş Türkiyənin təmsilçisi, elmlər doktoru, dosent  Kenan Kırkpınar da iştirak edib. 
Konfransdan əvvəl iştirakçılar Ümummilli lider Heydər Əliyevin AMEA-nın Gəncə Bölməsindəki büstünü ziyarət edərək, müasir dövlətçiliyimizin memarı və qurucusunun  xatirəsinə ehtiram bildirib, abidənin qarşısına güllər qoyublar.

AMEA-nın Gəncə Bölməsinin konfrans zalının foyesində tarixi araşdırmalara dair nəşrlərə və arxeoloji materiallara dair sərgiyə baxış keçirilib.
Sonra Gəncənin tarixi  haqqında qısa videoçarx nümayiş edilib.
Respublika konfransını giriş nitqi ilə  AMEA-nın Gəncə Bölməsinin sədri, akademik  Fuad Əliyev açaraq, respublika miqyaslı bu böyük elmi tədbirin iştirakçılarını salamlayıb, onun işinə uğurlar arzulayıb. O, Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinin və təbliğinin bu sahədə çalışan alim və tədqiqatçılarımızın başlıca vəzifələrindən olduğunu vurğulayıb və onların elmi fəaliyyətlərini ölkəmizin qüdrətlənməsinə töhfə kimi xarakterizı edib.

Akademik Fuad Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik strategiyasının onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və dünyanın hazırki inkişaf qanunauyğunluqlarına uyğun surətdə davam etdirildiyini qeyd edib.  Məhz  Müzəffər Ali Baş Komandanın qüdrətli dövlət və ordu quruculuğunun təntənəsi kimi, onun rəhbərliyi altında, millətimizin həmrəyliyi və Azərbaycan əsgərinin misilsiz igidliyi sayəsində Vətən torpaqlarımızın bütövlüyünün tam bərqərar olduğunu vurğulayıb.
Milli dövlətçiliyimizə tarixin müxtəlif dövrlərində Gəncə şəhərinin böyük töhfələr verdiyini vurğulayan akademik F.Əliyev bu  haqda  Gəncə Bölməsi tərəfindən çox sayda monoqrafiya və məqalələrin çap edildiyini qeyd edib.

Konfransın moderatoru, AMEA-nın  Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru dosent Nərgiz Rəsulova bu elmi tədbirin gedişi qaydası və texniki məsələləri haqda məlumat verib.    
Gəncə şəhər İcra hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında  İH başçısı Niyazi Bayramovun konfrans iştirakçılarına salamını və uğur arzularını çatdıraraq, bugünkü elmi konfransı alimlərin  və tədqiqatçılarımızın tariximizin öyrənilməsində daha bir uğuru kimi dəyərləndirib. O, AMEA-nın  Gəncə Bölməsinin şəhərimizin elmi və ictimai həyatında daim fəal mövqeyini qeyd edib.
Y. Bədəlov 20-ci əsrin əvvəllərində və sonlarında qazanılan müstəqilliyimiz arasında paralellər apararaq,  dövlətimizin  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının bu gün Prezident İlham Əliyevin müasir dünyanın tələbləri baxımından böyük uğurla davam etdirdiyini, onun Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyinin böyük əhəmiyyət daşıdığını bildirib və ölkəmizin daha işıqlı gələcəyi üçün hər birimizin fəal çalışmalı olduğunu qeyd edb.

Sonra konfransın məruzələrinin dinlənilməsi başlayıb.

AMEA-nın  Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin dosenti Nərgiz Rəsulova “Şərqin strateji əhəmiyyətə malik şəhəri və Şəddadilərin paytaxti Gəncə", Türkiyənin İzmir 9 Eylül Universitetindən tarix elmləri doktoru, dosent Kenan Kırkpınar (Türkiyə) “Türkiyə-Azərbaycan qardaşlığının tarixi kökləri”, AMEA-nın  Gəncə Bölməsi elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov “Gəncə maarifçiliyinin Abdulla Sur səhifəsi”,  AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutu etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Samirə Qasımova “XIX-XX əsrlər Gəncənin təhsil tarixindən”, Bakı Ali Neft Məktəbi və AMEA-nın  A.A. Bakıxanov adına Tarix və Etnologiyaİnstitutundan  tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Ahənçi “Arxiv sənədlərində yaşayan milli və dini kimlik: Cənubi Qafqaz müsəlman ilahiyyat irsinin Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xilası (XIX əsrin sonu –XX əsrin əvvəllərinə aid materiallar əsasında)”, Gəncə Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Xatirə İlyasova "Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yeri", AMEA-nın  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözova“Nadir şah Əfşar: tarixi şəxsiyyətin bədii mətndə proyeksiyası (Yunus Oğuzun Nadir şah” romanı əsasında)”, AMEA-nın  A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan tarix üzrə fəlsəfə doktoru, dosent  Nigar Axundova «О роли Демократической Республики в истории Азербайджана», Bakı Dövlət Univeritetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Zəhra İslamova “Azərbaycanda vəqf mülkiyyəti (Səfəvilər dövründə)”, AMEA-nın Mərkəzi Kitabxanasının elmi katibi Şəbnəm Rüstəmov “Səfəvilər dövründə Qərbi Azərbaycanın inzibati ərazi bölgüsü (Osmanlı tapu təhrir dəftəri əsasında), AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun doktorantı Dəniz Əsədova “Azərbaycan hökmdarı Ağqoyunlu Uzun Həsən və onun “Qanunnamə”si”, Gəncə Dövlət Universitetinin baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Arifə Əhmədli “Azərbaycanın itirilmiş torpaqları və deportasiyalar” və Gəncə Dövlət Universitetinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Sabirə Bayramova “Cümhuriyyət dövrünü maarifçilərindən Hacı Kərim Sanılı” mövzularında çıxış ediblər.

Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Plenar iclasın sonunda məruzəçilərə sertifikatlar təqdim edilib.

Konfransın gedişi bölmələr üzrə məruzələrin dinlənilməsi ilə davam edib. Üç bölmə üzrə ümumən 50 məruzə təqdim edilib.

Zakir Muradov,

Gəncə 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://525.az
archiveBu xəbər 27 May 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri