Icma.az
close
up
RU
Biotexnologiyalar mövzusunda Gəncədə respublika elmi konfransı keçirilib

Biotexnologiyalar mövzusunda Gəncədə respublika elmi konfransı keçirilib

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bitki xammalları və tullantılarının kompleks emalı biotexnologiyası” adlı respublika elmi-praktik konfransı Gəncə şəhəri İcra Hakimiyyəti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncədəki Bioresurslar İnstitutu tərəfindən təşkil olunub.

525.az xəbər verir ki, elmi forum Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə ithaf edilib.

Konfransın keçirildiyi məkanın – AMEA-nın Gəncə Bölməsinin böyük iclas salonunun foyesində ölkəmizin ikinci şəhərində çalışan alim və tədqiqatçıların nailiyyətlərini əks etdirən sərgi də təşkil olunub. Buradakı əyani nümunələrdə Ümummilli lider Heydər Əliyevin elmimizə, o cümlədən bölgələrimizin elmi potensialının artırılmasına göstərdiyi qayğıdan da bəhs olunub.

Konfransa Respublikanın  elm ocaqlarını təmsil edən alim və tədqiqatçılar qatılıblar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş  şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Respublika elmi-praktik konfransını giriş sözü ilə AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin və şəhər Ziyalılar Cəmiyyətinin sədri, akademik Fuad Əlyev açaraq, iştirakçıları salamlayıb, bugünkü konfransın dövlətçiliyimizin banisi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə ithaf olunduğunu və bu mötəbər elmi forumun keçirilməsini  ziyalıların və alimlərin Ulu öndərin  ölkəmizin və millətimizin daha işıqlı gələcəyi naminə yorulmaz fəaliyyətinə minnətdarlıq və ehtiram nümunəsi kimi dəyərləndirib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun direktoru, kimya üzrə fəlsəfə doktoru İmran Qasımov öz çıxışında konfransın məqsədləri haqda danışıb, onun proqramının çox zəngin olduğunu, məruzə və çıxışların biotexnologiya və ekoloji problemlərinin həlli üçün qarşıda duran məsələlərdə alim və tədqiqatçıları yeni ideyalara istiqamətləndirə biləcəyinə inandığını vurğulayıb.

Konfransın plenar iclasında  Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor İbrahim Cəfərov,  Aqromexanika Elmi Tədqiqat İnstitutundan texnika elmləri doktoru, professor Şahlar Babayev, Elm və Təhsil Nazirliyinin Gəncə Dövlət Universitetinin kimya kafedrasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Aynur Məmmədova çıxış ediblər.

İlk iclasda həmçinin Azərbaycan Dövlət Aqrar Universitetindən aqrar elmlər doktoru, dosent Elxan Allahverdiyev “Torpaq münbitliyinin bərpasında bioresurslardan səmərəli istifadə”,  AMEA-nın Şəki Regional Elmi Mərkəzindən biologiya üzrə fəlsəfə doktoru. Zərnitac Şükürova “Yeni bioresursların əldə edilməsi məqsədilə tullantısız ipək istehsalından istifadənin effektivliyi”, ETN Aqrar Problemlər İnstitutundan aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Aygün Babayeva “Müasir texnologiyaların tətbiqi ilə çirklənmiş, deqradasiyaya uğramış torpaqların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi”, Heyvandarlıq Elmi Tədqiqat İnstitutundan Mehri Xəlilova “Heyvandarlıqda biotexnologiyalar və onların məhsul istehsalında əhəmiyyəti” və Müzakir Məmmədov “Heyvanların yemləndirilməsində üzüm tullantılarının əhəmiyyəti”, Bioresurslar İnstitutundan (Gəncə)  Sevda Abbasova “Yovşan ekstraktı əsasında alınan məlhəm nümunəsinin tədqiqi” və Vüsalə Abbasova “Antropogen amillərin təbiətə dolayı və bilavasitə təsiri”, həmçinin gənc tədqiqatçılar - ADAU-nun tələbələrindən Həmid Səfərov “Əczaçılıqda bitki biotexnologiyasının tətbiqi” və Lalə Sadıqova “İnsan təkamülündə və mədəniyyətin yaranmasında rol oynayan bitki - əncir (Ficus)” mövzularında elmi məruzələrlə çıxış ediblər.

Sonra respublika konfransı bölmələr üzrə davam etdirilib. "COP 29 nailiyyətlər və perspektivlər: Qlobal iqlim dəyişikliklərinin biomüxtəlifliyə, biomühafizəyə və bitki landşaftına təsiri”, “Aqrar sahədə, tibb, əczaçılıq və qida sənayesində biotexnologiyalar”, “Təbii və antropogen amillərin flora və faunaya təsiri”, “Bitki və bitki mənşəli tullantıların emalı və tətbiq sahələri” və “Müxtəlif yanacaq növlərinin ekoloji mühitə və biomüxtəlifliyə təsiri” adlı 5 bölmədə 70-dən artıq elmi məruzə dinlənilib və ya konfrans materialı kimi qəbul edilib.

Konfransın materialları ayrıca kitabça şəklində çap edilib.

Zakir Muradov, Gəncə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri